Maddə 22. Epizootiya əleyhinə fövqəladə komissiyanın təşkili
22.1. Azərbaycan Respublikası ərazisində və ya rayon (şəhər) daxilində, heyvanların
yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələrinin qarşısını almaq və ləğv etmək
sahəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək üçün
müvafiq icra hakimiyyəti orqanları
epizootiya əleyhinə fövqəladə komissiyalar yaradırlar.
22.2. Fövqəladə komissiyanın fəaliyyətinin və xəstəliklərin qarşısınınalınması və ləğvinə
yönəldilmiş epizootiya əleyhinə tədbirlərin maliyyələşdirilməsi fövqəladə və əvvəlcədən
nəzərə alına bilinməyən hallara görə dövlət büdcəsinin vəsaiti hesabına aparılır.
22.3. Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti qaydaları
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən bu Qanuna müvafiq olaraq tənzimlənir.
Dostları ilə paylaş: |