baytarlıq nəzarəti
18.1. Baytarlıq preparatları, yem və yem əlavələrinin istehsalı, idxalı, ixracı, daşınması,
satışı və tətbiqi dövlət baytarlıq nəzarətindədir.
18.2. Hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasında qeydiyyatdan keçmiş baytarlıq preparatları, yem və yem əlavələri idxal
və ixrac edə bilərlər. Qeydiyyatdan keçməmiş baytarlıq preparatları, yem və yem
əlavələri Azərbaycan Respublikasına sərgilərdə, yarmarkalarda, konfranslarda nümayiş
etdirilmək, elmi və digər məqsədlər üçün satış hüququ olmadan gətirilə bilər.
18.3. Baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı və ixracı qaydaları
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
18.4
. Təbii fəlakət, güclü epizootiya təhlükəsi hallarında Azərbaycan Respublikasında
qeydiyyata alınmayan baytarlıq preparatları, yem və yem əlavələrinin idxalına, onların
istehsalçı ölkələrdə qeydiyyatı və istifadəsini təsdiq edən sənədlər olduqda müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə icazə verilir.
18.5. Baytarlıq preparatlarının dövlət reyestrində qeydə alınmış xarici baytarlıq
preparatlarının hər bir yeni seriyaları (partiyaları) qanunvericiliklə müəyyən edilmiş
qaydada ekspertizadan keçirildikdən sonra baytarlıq normativlərinin tələblərinə cavab
verdikləri hallarda onların tətbiqinə
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
qaydada icazə verilir.
18.6. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən
antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatları, yem və yem
əlavələrinin baytarlıq normalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı
tərəfdən müəyyən edilir, onların tətbiqinə
müvafiq icra
hakimiyyəti orqanı
tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir və
dövlət baytarlıq nəzarəti altında həyata keçirilir.
Dostları ilə paylaş: |