14.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik
xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə dövlət
baytarlıq nəzarətini həyata keçirmək üçün dövlət sərhədində qanunvericiliklə müəyyən
14.2. Azərbaycan Respublikasının ərazisinə heyvanların, həmçinin inkubasiya üçün
yumurtaların idxalına yalnız onlar baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın
tərəfindən baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın təklif etdiyi müvafiq
14.4. Damazlıq, əmtəə və ya kəsim məqsədilə heyvanları ixrac edən ölkənin ərazisində
(götürüldükləri təsərrüfatdan ixrac edən ölkədə yüklənəcəkləri məntəqəyə kimi)
daşınması idxal və ixrac edən ölkələrin birgə müəyyən etdikləri şərtlərə uyğun həyata
keçirilir.
14.5. İnsanların qidalanması üçün ət, süd və digər heyvan mənşəli məhsulların ixracına
yalnız o halda yol verilir ki, ixrac edən ölkənin dövlət baytarlıq orqanı həmin məhsulların
insanların istifadəsi üçün yararlı olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq
sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş
beynəlxalq baytarlıq sertifikatları versin.
14.6. Heyvanların yemləndirilməsi, əczaçılıq, kənd təsərrüfatı və sənaye üçün istifadə
edilməsi məqsədilə heyvan mənşəli məhsullar idxal və ixrac edildikdə baytarlıq
sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyəsinə uyğun hazırlanmış müvafiq
beynəlxalq baytarlıq sertifikatı ilə təmin edilməlidirlər.
14.7. Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranziti onları göndərən
və alan ölkələrin müvafiq ərazilərinin epizootik vəziyyəti nəzərə alınmaqla həyata
keçirilir.
14.8. Azərbaycan Respublikasının dövlət sərhədindən heyvanların, heyvan mənşəli
məhsulların və xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin daşınmasına
yalnız baytarlıq nəzarəti məntəqələri olan yerlərdə icazə verilir. Dövlət sərhədlərində
baytarlıq nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti sərhəd rejiminin
xüsusiyyətləri nəzərə alınmaqla
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən
edilmiş qaydada həyata keçirilir.
14.9. Dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı, idxalı və tranziti müvafiq icra
hakimiyyəti orqanından və onun ərazi bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət,
heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya)
qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir.
Dostları ilə paylaş: