17.1. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü,
17.2. Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul
olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin
sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə
sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol
verilir.
17.3. Heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı
müəssisələrinin müdiriyyəti məhsulların və xammalın normativ-texniki sənədlərə və
baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün baytarlıq istehsalat-
nəzarət bölmələri yaratmağa, həmçinin dövlət baytarlıq müfəttişlərinə baytarlıq nəzarətini
həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada lazım olan şəraiti yaratmağa borcludurlar.
17.4. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və
satışı obyektlərində dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi, həmçinin
heyvanların, heyvan mənşəli məhsulların və xammalın normativ-texniki sənədlərin və
baytarlıq normativlərinin tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydaları
müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Maddə 18. Baytarlıq preparatlarının, yem və yem əlavələrinin dövriyyəsinə dövlət
Dostları ilə paylaş: