16.1. Mülkiyyət formasından asılı olmayaraq, heyvanların, heyvan mənşəli məhsulların
və xammalın ticarəti aparılan bütün bazarlarda və digər yerlərdə dövlət baytarlıq
16.2. Bazarlarda dövlət baytarlıq nəzarətini dövlət baytarlıq (baytarlıq-sanitariya)
16.3. Bazarlarda dövlət baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:
16.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq
sənədlərinə uyğunluğunu yoxlamaq, insan sağlamlığına zərər verə bilən heyvan
mənşəli məhsullara və xammala qanunla müəyyən edilmiş qaydada baxış
keçirmək;
16.3.2
. heyvan mənşəli məhsullardan və xammaldan qanunvericiliklə müəyyən
edilmiş qaydada nümunə götürüb laboratoriyalarda baytarlıq (baytarlıq-sanitariya)
ekspertizasından keçirmək;
16.3.3
. baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların
satışına icazə verən ekskpertiza aktı təqdim etmək və ya məhsulun (ətin, heyvan
və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoymaq;
16.3.4. insan və heyvanların sağlamlığı üçün təhlükəli olan heyvanların, heyvan
mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada götürülməsi,
zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul etmək.
16.4. Bazarlarda məhsul sahiblərinə ticarət yeri yalnız dövlət baytarlıq-ekspertiza
laboratoriyalarının müsbət rəyindən sonra verilə bilər.
16.5. Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-
sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışı
qadağandır. Bu tələblərə əməl olunmadığı hallarda həmin heyvan mənşəli məhsullar və
xammal qanunla müəyyən edilmiş qaydada dövriyyədən götürülür, zərərsizləşdirilir və ya
məhv edilir.
16.6. Ticarət obyektlərinin sahibləri baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından
keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət
daşıyırlar.
16.7. Bazarlarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını yalnız öz ixtisası üzrə ən
azı üç il işləmiş və müvafiq hazırlığı olan qanunvericiliklə müəyyən edilmiş qaydada
attestasiyadan keçmiş baytarlıq mütəxəssisləri apara bilərlər.
16.8. Baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması qaydası
müvafiq icra
hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
16.9. Mülkiyyət formasından asılı olmayaraq, dövlət baytarlıq nəzarəti və baytarlıq
(baytarlıq-sanitariya) ekspertizası aparmaq üçün bazarların müdiriyyəti qanunvericiliyə
uyğun olaraq, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası laboratoriyalarına baytarlıq
normalarına uyğun xidməti otaqlar verməyə və kommunal xərcləri ödəməyə borcludurlar.
Dostları ilə paylaş: