Maddə 19. Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq
(baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri
19.0. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı,
saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq
(baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri aşağıdakılardır:
19.0.1
. heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq
(baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq
təlimatlara əməl etmək;
19.0.2. ərazini, istehsalat binalarını və obyektlərini, yem və yem əlavələrini,
həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması
və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və
normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək;
19.0.3
. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü,
saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti
obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsində
qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-
sanitariya) tələblərinə əməl etmək;
19.0.4
. heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb
edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən
edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat
tədbirlərini həyata keçirmək;
19.0.5
. istifadəsində olan heyvanların, heyvandarlıq müəssisələrinin, heyvan
mənşəli məhsullar və xammal istehsalı, emalı, saxlanması və satışı obyektlərinin
qanunvericiliklə müəyyən edilmiş qaydada identikləşdirilməsi və onlara baytarlıq
şəhadətnamələrinin rəsmiləşdirilməsini təmin etmək;
19.0.6. yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında dövlət
baytarlıq nəzarəti orqanlarına vaxtında məlumat vermək;
19.0.7. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri,
heyvan tələfatı halları haqqında dövlət baytarlıq xidmətinə təcili məlumat vermək
və müfəttişlər gələnə kimi, xəstəliyə şübhəli heyvanları təcrid etmək;
19.0.8
. ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa
ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş
halda saxlamaq;
19.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış
keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata
keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq
mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək;
19.0.10. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və
onlardan alınan məhsulları baytarlıq baxışından keçirmək üçün baytarlıq
müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək;
19.0.11. əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların,
heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin
zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin tələblərini yerinə yetirmək;
19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya)
tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda
heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən
edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına
və istifadəsinə yol verməmək;
19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız
onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq
edən baytarlıq sənədləri olduqda məşğul olmaq;
19.0.14. heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və
ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər
qanunvericiliyinə əməl etmək.
Dostları ilə paylaş: