Maddə 28. Özəl baytarlıq təbabəti müəssisələrinin fəaliyyəti
28.1. Özəl baytarlıq təbabəti müəssisələri və bələdiyyələr tərəfindən yaradılan hüquqi
şəxslər dövlət baytarlıq nəzarətinin səlahiyyətinə aid olan məsələlərdən başqa,
qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq təbabəti sahəsində digər fəaliyyət
növləri ilə məşğul ola bilərlər.
28.2. Özəl baytarlıq təbabəti müəssisələri zəruri hallarda
müvafiq icra hakimiyyəti
orqanlarının
qərarı ilə
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilən
baytarlıq tədbirlərinə həmin özəl baytarlıq təbabəti müəssisələrinin razılığı əsasında cəlb
edilə bilərlər.
28.3. Özəl baytarlıq təbabəti müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada
müvafiq icra hakimiyyəti orqanının
müvafiq ərazi bölməsində uçota durduqdan sonra
fəaliyyət göstərə bilərlər.
Dostları ilə paylaş: |