33.1. Azərbaycan Respublikasında baytarlıq preparatlarının istehsalı ilə məşğul olan
müəssisələr keyfiyyətli preparat (məhsul) hazırlamağı təmin edən münasib avadanlığa,
istehsalat
şəraitinə, texnologiyaya və normativ-texniki sənədlərə malik olmalıdır.
Müəssisə istehsal etdiyi baytarlıq preparatlarının keyfiyyətini sınaqdan keçirmək üçün
nəzarət xidməti təşkil edir, satışa buraxdığı hər bir partiya (seriya) preparata dair
keyfiyyət şəhadətnaməsi verir və onun keyfiyyəti üçün məsuliyyət daşıyır. İstehsal
olunan hər bir baytarlıq preparatı müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır
və bu barədə qeydiyyat şəhadətnaməsi verilir.
33.2
. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatları
qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq sertifikata malik olmalı,
markalanmalı, qablaşdırılmalı, müşayiətedici sənədlərində və ya istifadə təlimatlarında
baytarlıq təyinatlı olması göstərilməli, habelə preparatın istifadəsi təlimatı Azərbaycan
dilində və zəruri hallarda digər dillərdə hazırlanma tarixi, saxlanma müddəti, şəraiti və
digər məlumatlar olmalıdır.
33.3. Baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahısında nəzərdə
tutulan, habelə heyvan və insanlar üçün ümumi olan xəstəliklərə qarşı bioloji və güclü
təsirə malik preparatların satışı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslər məşğul ola bilməzlər.
33.4
. Baytarlıq təbabətində istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması,
idxalı, ixracı və satışı ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq,
qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmiş və
müvafiq icra
hakimiyyəti orqanı
tərəfindən icazə almış hüquqi şəxslər məşğul ola bilərlər.
33.5. Baytarlıq preparatlarının daşınması, saxlanması və satışı üçün normativ-texniki
tələblərə uyğun şəraiti olan hüquqi şəxslər baytarlıq preparatlarının satışı ilə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda və qaydada məşğul ola
bilərlər.
33.6. Baytarlıq preparatlarının topdansatışını mülkiyyət formasından asılı olmayaraq
müvafiq istehsal və elmi-tədqiqat müəssisələri (öz istehsalı olan) və baytarlıq təchizatı
anbarları, pərakəndə satışını isə baytarlıq aptekləri həyata keçirirlər.
33.7. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının baytarlıq
təbabətində tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
33.8. Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan
baytarlıq preparatlarının siyahısı
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
33.9. Azərbaycan Respublikasında qeydiyyatdan keçən baytarlıq preparatlarının idxalını
və ixracını hüquqi və fiziki şəxslər
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən
edilmiş qaydada beynəlxalq müqavilələrin tələbləri və tövsiyələri nəzərə alınmaqla
həyata keçirirlər.
Dostları ilə paylaş: