VIII fəsil. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına
görə məsuliyyət və mübahisələrin həlli
Maddə 40. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
40.1. Baytarlıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
40.2. Baytarlıq haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi və fiziki şəxslərə
dəymiş ziyanın əvəzi Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə
tutulmuş qaydada ödənilir.
Dostları ilə paylaş: |