29.1. Özəl baytarlıq təbabəti müəssisələrinin aşağıdakı hüquqları vardır:
29.1.1. karantin və ya məhdudiyyət tədbirləri tətbiq edilən heyvan xəstəlikləri
29.1.2. heyvanlarda profilaktik peyvənd işi ilə məşğul olmaq və heyvan sahibinə
məsləhətlər vermək;
29.1.3. heyvanların yoluxucu xəstəliklərə tutulması təhlükəsi yarandıqda
heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin
təhlükə obyektinə gətirilməsi və oradan çıxarılmasının məhdudlaşdırılması və ya
dayandırılmasını tələb etmək;
29.1.4. tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr olan yemlərlə
heyvanların yemləndirilməsinin qarşısını almaq məqsədilə həmin maddələrin
heyvanların yem rasionundan çıxarılmasını heyvan sahibindən tələb etmək və bu
barədə dərhal dövlət baytarlıq orqanına məlumat vermək;
29.1.5. xidmət etdiyi müəssisələrdə baytarlıq və baytarlıq (baytarlıq-sanitariya)
tələblərinə və normativlərinə əməl edilməsini heyvan mənşəli məhsullar və
xammal istehsalı, tədarükü və emalı ilə məşğul olan hüquqi və fiziki şəxslərdən
tələb etmək;
29.1.6.
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş dövlət
nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarından istifadə etmək və
həmin blanklar barədə dövlət baytarlıq orqanına məlumat vermək.
29.2. Özəl baytarlıq təbabəti müəssisələrinin aşağıdakı vəzifələri vardır:
29.2.1
. baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq
orqanında uçota durmaq;
29.2.2. öz fəaliyyətində baytarlıq qanunvericiliyini rəhbər tutmaq, baytarlıq və
baytarlıq (baytarlıq-sanitariya) tələblərinə və normativlərinə əməl etmək;
29.2.3. heyvanlarda yoluxucu xəstəliklərin olmasına şübhə yarandıqda, bu barədə
dövlət baytarlıq orqanına məlumat vermək və xəstəliyin yayılmasının qarşısını
alan ilkin tədbirlər görmək;
29.2.4. heyvanların yoluxucu xəstəliklərinin epizootiyası zamanı dövlət baytarlıq
orqanına və onun yerli bölmələrinə köməklik göstərmək;
29.2.5
. qanunvericiliklə müəyyən olunmuş formada və qaydada baytarlıq
tədbirlərinin yerinə yetirilməsi barədə uçot aparmaq, xidmət etdiyi hüquqi və
fiziki şəxslərə, dövlət baytarlıq orqanının yerli bölmələrinə hesabatlar təqdim
etmək;
29.2.6. fəaliyyət göstərdiyi obyektdə istehsal edilən heyvan mənşəli məhsulların
və xammalın, istifadə edilən yem və yem əlavələrinin baytarlıq (baytarlıq-
sanitariya) normalarına uyğunluğunun və təhlükəsizliyinin təmin edilməsi üçün
öz səlahiyyətləri daxilində tədbirlər görmək.
Dostları ilə paylaş: