Maddə 9. Başqa dövlət orqanlarında baytarlıq xidməti
9.1. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri bu Qanuna və digər qanunvericilik
aktlarına uyğun olaraq:
9.1.1. müvafiq dövlət orqanlarına məxsus obyektlərdə heyvan xəstəliklərinin
profilaktikasını, diaqnostikasını və müalicəsini həyata keçirirlər;
9.1.2. bu orqanların baytarlıq nəzarətində olan obyektlərində baytarlıq (baytarlıq-
sanitariya) tədbirlərini həyata keçirirlər;
9.1.3.
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən keçirilən baytarlıq tədbirlərində
iştirak edirlər və qanunvericiliklə müəyyən olunan digər baytarlıq fəaliyyəti ilə
məşğul olurlar.
9.2. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri baytarlıq tədbirlərinin, baytarlıq
(baytarlıq-sanitariya) nəzarəti də daxil olmaqla təşkili və yerinə yetirilməsində
Azərbaycan Respublikasının baytarlıq qanunvericiliyini rəhbər tutur, baytarlıq uçotu və
hesabatlarını aparır, onları müəyyən edilmiş qaydada və formada
müvafiq icra
hakimiyyəti orqanına
təqdim edirlər.
9.3. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri dövlət baytarlıq nəzarəti funksiyasını
yerinə yetirmirlər.
Dostları ilə paylaş: |