II fəsil. Baytarlıq sahəsində dövlət tənzimlənməsi
Maddə 6. Baytarlıq sahəsində dövlətin vəzifələri
6.0. Baytarlıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
6.0.1. baytarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək;
6.0.2. baytarlıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;
6.0.3. dövlət baytarlıq xidmətinin orqanlarını təşkil etmək və onların vəzifə və
səlahiyyətlərini müəyyənləşdirmək;
6.0.4. heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət
proqramları hazırlamaq və həyata keçirilməsini təmin etmək;
6.0.5. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən
heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısını təsdiq etmək;
6.0.6. karantin və digər məhdudiyyət tədbirləri tətbiq olunan yoluxucu
xəstəliklərin siyahısını təsdiq etmək;
6.0.7. Azərbaycan Respublikasının, bir neçə bölgənin və ya bir rayonun (şəhərin)
ərazisində karantin rejimini müəyyən etmək;
6.0.8. epizootiya əleyhinə fövqəladə komissiyalar yaratmaq;
6.0.9. dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac
edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili qaydalarını müəyyən etmək;
6.0.10. dövlət baytarlıq xidmətinin maliyyələşdirilməsini, inzibati və texniki
cəhətdən təchizatını lazımi səviyyədə təmin etmək;
6.0.11. baytarlıq fəaliyyəti ilə əlaqədar ətraf mühitin qorunmasını və ekoloji
təhlükəsizliyini təmin etmək;
6.0.12. baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək,
onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək;
6.0.13. baytarlıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, baytarlıq
fəaliyyətində istifadə olunan sənədlərin beynəlxalq normalara uyğunlaşdırılmasını
təmin etmək;
6.0.14. baytarlıq fəaliyyətinin beynəlxalq təşkilatların tələb və tövsiyələri nəzərə
alınmaqla, həyata keçirilməsi üçün lazım olan digər tədbirləri həyata keçirmək;
6.0.15. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Dostları ilə paylaş: |