Maddə 4. Azərbaycan Respublikasında baytarlıq xidmətinin quruluşu
Azərbaycan Respublikasında baytarlıq xidməti dövlət və qeyri-dövlət baytarlıq
xidmətlərindən ibarətdir.
Maddə 5. Baytarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ
5.1. Baytarlıq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada həyata keçirilir.
5.2. Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə baytarlıq ixtisası üzrə ali və orta
ixtisas təhsili olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi
şəxslər məşğul ola bilərlər.
5.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa
qaydalar nəzərdə tutulmamışdırsa, xarici ölkələrdə hazırlıq keçmiş Azərbaycan
Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər (baytarlıq
mütəxəssisləri) və xarici hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.
5.4. Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olmaq istəyən fiziki şəxslər müvafiq
icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən müvafiq icra hakimiyyəti orqanı
tərəfindən uçota alınır.
5.5. Özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi şəxslər və
baytarlıq preparatlarının istehsalı və satışı ilə məşğul olmaq istəyən hüquqi şəxslər və
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) almalıdırlar.
Dostları ilə paylaş: |