8.1. Dövlət baytarlıq xidmətinin aşağıdakı hüquqları vardır:
baytarlıq preparatlarının, avadanlıqların və yem əlavələrinin istehsalı və tətbiqinə
. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq
təyinatlı (müşayiətedici və ya istifadə təlimatlarında baytarlıqda tətbiq ediləcəyinə
etmək, onların dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinin aparılmasını
edilmiş qaydada dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarəti təşkil etmək;
8.1.6
. heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı,
saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya
əleyhinə və baytarlıq (baytarlıq-sanitariya) tədbirlərinin aparılması üçün icrası
məcburi olan göstərişlər vermək, baytarlıq qaydalarının və normalarının
pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada onların
fəaliyyətini müvəqqəti dayandırmaq və ya qadağan etmək;
8.1.7
. heyvanların xüsusi təhlükəli xəstəlikləri, o cümlədən heyvan və insanlar
üçün ümumi olan xəstəliklərin baş verdiyi ölkələrdən və regionlardan
heyvanların, heyvan mənşəli məhsulların, xammalın, yem, yem əlavələrinin və
digər kənd təsərrüfatı məhsullarının idxal və ixracına qanunla müəyyən edilmiş
qaydada məhdudiyyət və ya qadağa qoymaq, bu xəstəliklər baş verdiyi ərazilərdə
qanunvericiliyə uyğun qaydada karantin qoyulması üçün təklif vermək və digər
tədbirlər görməsi barədə baytarlıq sahəsində səlahiyyətli beynəlxalq təşkilata
məlumat vermək;
8.1.8
. qanunvericiliyə müvafiq olaraq karantin qoyulan ərazidə qoruyucu—
karantin, xüsusi baytarlıq və digər tədbirlərin aparılması qaydalarını
müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda
qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və
xəbərdarlıq təyinatlı tədbirlər görmək, bütün müəssisələrə, vətəndaşlara
heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli məhsulların və
xammalın zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi
olan göstərişlər vermək;
8.1.9
. baytarlıq fəaliyyəti üzrə ayrılan məqsədli dövlət vəsaitinə sərəncam vermək
və onların səmərəli istifadəsinə nəzarət etmək;
8.1.10
. heyvandarlıq binalarının, heyvan mənşəli məhsulların və xammalın
istehsalı və emalı müəssisələrinin texnoloji normativlərinə, baytarlıqda işlədilən
kimyəvi, bioloji və farmokoloji preparatların dövlət standartları və texniki şərtləri
layihələrinə rəy vermək;
Dostları ilə paylaş: