almaqla elmi əsaslara uyğun olaraq baytarlıq (baytarlıq-sanitariya) qaydaları və
sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək
8.1.16. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər
hüquqları həyata keçirmək.
8.2. Dövlət baytarlıq xidmətinin vəzifələri aşağıdakılardır:
8.2.1
. baytarlıq sahəsində fəaliyyətin prioritet istiqamətlərini müəyyən etmək,
heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət
proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
8.2.2
. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən
xüsusi təhlükəli heyvan xəstəliklərinin, karantin və digər məhdudiyyət tədbirləri
tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını hazırlamaq;
8.2.3
. Azərbaycan Respublikasının ərazisində heyvanların yoluxan və
yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğv
edilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq baytarlıq
tədbirləri həyata keçirməklə mal-qaranı və başqa heyvanları xəstəliklərdən
qorumaq;
8.2.4
. səhiyyə orqanları ilə birlikdə heyvan və insanlar üçün ümumi olan
xəstəliklərdən əhalinin qorunmasını təşkil etmək və informasiya mübadiləsi
aparmaq, metodik seminarlar keçirmək;
8.2.5
. heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə baytarlıq
xidmətinin həyata keçirilməsini təmin etmək;
8.2.6
. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və
ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq
məqsədilə müvafiq tədbirlər həyata keçirmək və idxal-ixrac edilən heyvanların,
heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin baytarlıq
(baytarlıq-sanitariya) vəziyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada öz
səlahiyyətləri daxilində yoxlamaq və müvafiq baytarlıq sənədi vermək;
8.2.7
. qanunvericiliklə müəyyən edilmiş qaydada epizootiya monitorinqi
aparmaq, heyvanların yoluxan və yoluxmayan xəstəliklərlə xəstələnmə və
ölümünün səbəbini müəyyən etmək, xəstəliklərin aradan qaldırılması və
profilaktikasına dair epizootiya əleyhinə tədbirlər planı hazırlayıb təsdiq olunmaq
üçün
müvafiq icra hakimiyyəti orqanına
təqdim etmək;
8.2.8
. heyvan, heyvan mənşəli məhsullar və xammal sahibləri tərəfindən baytarlıq
qanunvericiliyinə əməl edilməsinə qanunla müəyyən edilmiş qaydada nəzarət
etmək;
8.2.9
. baytarlıq preparatlarının, yem və yem əlavələrinin təhlükəsizliyini,
saxlanması, daşınması və istifadə edilməsini Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq təşkil etmək;
8.2.10
. dövlət baytarlıq nəzarətində olan yüklərin
(dövlət sərhədinin buraxılış
məntəqələrində istisna olmaqla) idxalına və ixracına, onların ölkə daxilində
daşınmasına və tranzitinə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada
baytarlıq nəzarətini həyata keçirmək;
8.2.11
. heyvanların xəstəliklərdən qorunması üçün lazım olan baytarlıq
preparatlarına, ləvazimatlara, alətlərə və digər vasitələrə olan tələbatı
müəyyənləşdirmək və təklifləri
müvafiq icra hakimiyyəti orqanına
təqdim etmək;
8.2.12
. heyvanların xüsusi təhlükəli xəstəliklərinə qarşı baytarlıq preparatlarının
ehtiyatını yaratmaq;
8.2.13
. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə
uyğun olaraq bütün hüquqi və fiziki şəxslərə baytarlıq xidməti göstərilməsini
təşkil etmək və xəstəliklərə qarşı baytarlıq tədbirlərinin aparılmasına qanunla
müəyyən edilmiş qaydada nəzarət etmək;
8.2.14
. heyvanların yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın,
baytarlıq preparatlarının, yem və yem əlavələrinin istehsalı zamanı baytarlıq
(baytarlıq-sanitariya) baxımından standartlara, texniki şərtlərə və baytarlıq
tələblərinə riayət edilməsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada
təşkil etmək və həyata keçirmək;
8.2.15
. heyvandarlıq obyektlərinin, sallaqxanaların, ət, süd və digər heyvan
mənşəli məhsullar emal edən müəssisələrin, bazarların, xammal anbarlarının,
heyvanların suvarılması mənbələrinin, köç yollarının və dayanacaqlarının
baytarlıq (baytarlıq-sanitariya) nəzarətini həyata keçirmək, həmin obyektlərin
tikintisinin və yenidən qurulmasının, habelə yerqazma işlərinin baytarlıq
ekspertizasının aparılmasını təmin etmək;
8.2.16
. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada baytarlıq sahəsində
identikləşdirmə işlərinin, uçot və hesabatların aparılmasını təmin etmək,
heyvanların karantin xəstəliklərinin statistik uçotunu aparmaq;
8.2.17
. baytarlıq təbabətinə dair təlimat, göstəriş, tövsiyə, qayda və normaların,
baytarlıq sahəsində uçot və hesabat formalarının və digər normativ sənədlərin
qüvvədə olan qanunvericilik aktlarına və beynəlxalq normativlərə uyğun
hazırlanmasını, habelə nəşr edilməsini təşkil etmək;
8.2.18
. baytarlıq elminin inkişafı, baytarlıq mütəxəssislərinin hazırlanması,
onların ixtisaslarının artırılması üçün zəruri tədbirlərin həyata keçirilməsində və
baytarlıq sahəsində elmi-tədqiqatların aparılmasına sifarişlər verilməsində iştirak
etmək;
8.2.19
. baytarlıq fəaliyyətini həyata keçirmək üçün büdcədən ayrılmış vəsaitin
məqsədli istifadəsini təmin etmək, dövlət büdcəsi və digər mənbələr hesabına
alınmış baytarlıq preparatları və avadanlıqlarının saxlanmasına, daşınmasına və
istifadəsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil etmək;
8.2.20
. heyvan xəstəlikləri ilə mübarizədə beynəlxalq baytarlıq təcrübəsindən
qəbul olunmuş müxtəlif vasitələrdən istifadə edilməsini və fəaliyyət dairəsində
Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş beynəlxalq öhdəliklərə əməl
edilməsini səlahiyyətləri daxilində təmin etmək;
8.2.21
. respublikada keçiriləcək baytarlıq tədbirləri, Azərbaycan Respublikasının
baytarlıq qaydaları, normaları və digər normativ hüquqi aktları barədə
məlumatların maraqlı şəxslərə təqdim edilməsini təşkil və təmin etmək;
8.2.22
. əhali arasında baytarlıq maarifləndirmə işlərini təşkil etmək və həyata
keçirmək;
8.2.23. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər
vəzifələri yerinə yetirmək.
Dostları ilə paylaş: