Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Reklam haqqında qərarın qəbul edilməsi



Yüklə 1,27 Mb.
səhifə124/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   120   121   122   123   124   125   126   127   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Reklam haqqında qərarın qəbul edilməsi – vəzifələrin müəyyənləşdirilməsi, büdcə, müraciət və informasiya yayılması vasitələri haqqında qərar qəbul edilməsi və sonradan reklam proqramının nəticələrinin qiymətləndirilməsindən ibarət olan 5 pilləli prosesdir. Reklamvericiləri istər informasiya verilməsi, istərsə də nəsiət və xatırlatma olsun, öz reklamlarının məqsədlərini dəqiq müəyyənləşdirməlidirlər.
2. Reklam fəaliyyəti proqramının işlənib hazırlanması.

Reklam fəaliyyəti proqramını işləyib hazırlayarkən, marketinq xidməti rəhbərləri prinsipial əhəmiyyəti olan beş qərar qəbul etməlidirlər:

1. Vəzifələrin qoyulması, müəyyənləşdirilməsi – Reklam proqramının işlənib hazırlanması prosesində ilk addım reklamın vəzifələrinin müəyyənləşdirilməsidir. Bu vəzifələr məqsədli bazarın seçilməsi, marketinq mövqeyinin müəyyənləşdirilməsi və marketinq kompleksi haqqında əvvəllər qəbul olunmuş qərarlardan irəli gələ bilər. Marketinq mövqeyinin müəyyənləşdirilməsi strategiyası və marketinq kompleksinin yaradılmasına yanaşma kompleks marketinq proqramı çərçivəsində reklamın məhz nə ilə məşğul olacağını göstərir.

2. Büdcənin işlənib hazırlanması haqqında qərar – Öz reklamının məqsədlərini müəyyənləşdirdikdən sonra firma ayrıca götürülmüş hər bir əmtəə üçün reklam büdcəsini işləyib hazırlamağa başlaya bilər. Reklamın yolu əmtəəyə olan tələbatın artmasındadır. Buna görə də firma nəzərdə tutulmuş satış göstəricilərini əldə etmək üçün mütləq lazım olan məbləğdə pul xərcləmək istəyir.

Reklam büdcəsinin həcmi dörd hesablama prinsipi üzrə:


    1. Mövcud vasitələr

    2. Satış həcminə nisbətən faizlə

    3. Rəqiblər səviyyəsində

    4. Məqsəd və vəzifələr əsasında müəyyənləşdirilə bilər.

3. Reklam müraciəti haqqında qərarlar – Reklamın vəzifələlərini və reklam büdcəsini müəyyənləşdirdikdən sonra rəhbərlik reklama ümumi yaradıcı yanaşma, onun yaradıcı strategiyasını işləyib hazırlamalıdır. Onun yaradılması prosesinin üç mərhələsini: müraciətin ideyasının yaradılması, müraciət variantlarının qiymətləndirilməsi və seçilməsini, müraciətin yerinə yetirilməsini fərqləndirmək olar.

4. İnformasiya yayımı vasitələri haqqında qərarlar – reklamvericinin növbəti vəzifəsi – öz reklam müraciətinin yerləşdirilməsi üçün yayım vasitəsini seçməkdir. Secki prosesi bir neçə mərhələdən ibarətdir:

1) reklamın əhatə genişliyi, görünmə tezliyi və təsir gücü haqqında qərarların qəbul edilməsi;

2) informasiya yayılmasının əsas vasitələrinin seçilməsi;

3) konkret reklam daşıyıcılarının və reklamın 1000 nəfər hesabı ilə dəyər göstəricilərinin seçilməsi;

4) reklam vasitələrindən istifadə qrafiki haqqında qərarın qəbul edilməsi.

5. Reklam proqramının qiymətləndirilməsi – həyata keçirilən reklam daim qiymətləndirilməlidir. Onun əlaqələndirici və satış səmərəsinin ölçülməsi üçün tədqiqatçılar bir neçə müxtəlif üsullardan istifadə edirlər.

Təşkilatlar reklamın yerinə yetirilməsinə müxtəlif tərzdə yanaşırlar. Xırda firmalarda reklamla adətən satış şöbəsinin reklam agentliyiilə vaxtaşırı əlaqəyə girən işçilərindən biri məşğul olur. İri firmalar özlərində reklam şöbələri təsis edirlər. Bu şöbənin müdürü marketinq üzrə vitse-prezidentə tabe olur. Reklam funksiyalarına reklam üçün ümumi büdcənin işlənib hazırlanması, agentliyin təqdim etdiyi elanların və kompaniyaların təsdiqi, poçt vasitəsi ilə birbaşa reklam tədbirlərinin yerinə yetirilməsi, diler müəssisələrinin reklam tərtibatı və reklam agentliklərinin ədətən məşğul olmadıqları digər reklam formalarının həyata keçirilməsi aiddir. Firmaların əksəriyyəti kənar reklam agentliklərinin xidmətlərindən istifadə edirlər, çünki işin bu tərzdə təşkili bir sıra üstünlüklər təklif edir.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin