Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Topdan müəssisələr tərəfindən müştərilərə xidmətlər göstərilməsinin təşkili



Yüklə 1,27 Mb.
səhifə121/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   117   118   119   120   121   122   123   124   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

4.Topdan müəssisələr tərəfindən müştərilərə xidmətlər göstərilməsinin təşkili.

Bazar münasibətləri şəraitində yalnız əmtəə satışı topdan müəssisələrin əsas funksiyası kimi nəzərdən keçirilə bilməz. Topdan ticarətin səmərəliliyi topdan müəssisələrin öz müştəribrinə-əmtəə alıcılarına və malgöndərənlərə göstərdiyi xidmətlərin kəmiyyəti və keyfiyyəti ilə də xarakterizə olunur.

Əmtəə hərəkətinin şəraitindən və bazar münasibətləri iştirakçılarına göstərilən informasiya-kommersiya xidmətindən asılı olaraq topdan ticarət xidmətlərinin tərkibi və növləri çox müxtəlif ola bilər.

Topdan müəssisələrin fəaliyyətinə əmtəələrin reallaşdırılması funksiyası ilə yanaşı, geniş dairəli xidmətlər də daxil edilir ki, bu xidmətlər də həm malgöndə-rənlər-əmtəə istehsalçıları, həm də pərakəndə ticarət müəssisələri tərəfindən ödənilir. Bu şəraitdə topdan müəssisələrin maliyyə vəziyyəti təkcə topdan və digər dövriyyənin səviyyəsindən deyil, həmçinin malgöndərənlərə və əmtəə alıcılarına göstərdikləri xidmətlərin kəmiyyətindən və keyfiyyətindən də asılı olur.

Topdan müəssisələr alıcı-müştərilərə aşağıdakı xidmətləri göstərməlidirlər:

♦ Tələb və tələbatın qiymətləndirilməsi;

♦ İstehsal çeşidinin ticarət çeşidinə çevrilməsi (markalanma, qablaşdırma, sortlaşdırma, çəki qablaşdırması və s.);

♦ Əmtəə ehtiyatlarının saxlanması;

♦ Əmtəələrin çatdırılması;

♦ Alışın kreditləşdirilməsi;

♦ Əmtəə kütləsinin cəmləşdirilməsi (təmərküzləşdirilməsi);

♦ İnformasiya və konsaltinq xidməti və s.

Malgöndərən-müştərilərə münasibətdə topdan ticarətin xidmətləri bunlardan ibarət olmalıdır:

♦ Kommersiya fəaliyyətinin mərkəzləşdirilməsi;

♦ Əmtəəyə mülkiyyət hüququnun ötürülməsi prosesinin dəstəklənməsi;

♦ Əmtəə hərəkəti prosesinin investisiya təminatı;

♦ Kredit (kommersiya) riskinin minimuma endirilməsi;

♦ Marketinq xidməti.

Topdan xidmətlərin geniş imkanları topdan müəssisələrə imkan verir ki, bazar şəraitində rəqabətli bazar mühitində müvəffəqiyyətlə fəaliyyət göstərsinlər, ziyandan qaçmağa və işin səmərəliliyinə nail ola bilsinlər


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin