Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Əmtəələrin pərakəndə satışı üzrə kommersiya işinin təşkili



Yüklə 1,27 Mb.
səhifə122/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   118   119   120   121   122   123   124   125   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

. Əmtəələrin pərakəndə satışı üzrə kommersiya işinin təşkili.

Əmtəələrin pərakəndə satışı üzrə kommersiya işi aşağıdakı mərhələlərdən ibarətdir:

♦mağazalarda satılan əmtəələrə alıcı tələbinin öyrənilməsi və proqnozlaş-dırılması;

♦ mağazalarda əmtəələrin optimal çeşidinin formalaşdırılması;

♦ pərakəndə ticarət müəssisələrinin reklam-informasiya fəaliyyəti;

♦ əmtəələrin pərakəndə satışının daha səmərəli metodlarının seçilməsi;

♦ alıcılara ticarət xidmətləri göstərilməsinin təşkili.

Əmtəələrin pərakəndə satışı üzrə kommersiya fəaliyyəti topdan müəssisələrdəkinə nisbətən bir sıra fərqli xüsusiyyətlərə malikdir.

Pərakəndə ticarət müəssisələri pərakəndə ticarətin özünəməxsus xüsusi, spesifik üsul və metodlarını tətbiq etməklə, əmtəələri bilavasitə əhaliyə, yəni fiziki şəxslərə satırlar.

Əhaliyə ticarət xidmətləri göstərilməsi xüsusi quraşdırılmış və avadanlıqlarla təchiz edilmiş ticarət yerlərinin olmasını şərtləndirir. Bu yerlər alıcılara xidmətin daha da yaxşılaşdırılmasını, ticarət çeşidinin seçilməsi və formalaşdırılmasını və onun əhalinin tələbinin dəyişməsinə müvafiq olaraq dəyişdirilməsi mümkünlüyünü təmin etmək, istehlakçı tələbatının daim öyrənilməsi və uçotunu təşkil etmək, hər bir konkret alıcıya əmtəə təklif etmək, satmaq bacarığını nümayiş etdirmək işinə xidmət etməlidir. Pərakəndə ticarət şəbəkəsi topdan şəbəkədən fərqli olaraq, böyük və geniş ərazi parçalanması, sahəsi və mal dövriyyəsinin həcmi kiçik olan çoxlu sayda müəssisələrin mövcudluğu ilə xarakterizə olunur və buna görə də onun fəaliyyətini kiçik biznes sahəsinə aid etmək olar. Pərakəndə satış ticarət müəssisələrində işçilərin sayının müəyyən edilmiş meyarlarına görə ticarət müəssisələrinin böyük hissəsi kiçik müəssisələrə aid edilir.

Əhaliyə əmtəələrin reallaşdırılmasının (satışı) təşkili, alıcılara yaxşı xidmət göstərilməsi, rəqiblərə qarşı durum və normal mənfəətin təmin olunması üzrə kommersiya işində bu müəssisələrin rəhbərlərindən (menecerlərindən) böyük işgüzarlıq və təşəbbüskarlıq tələb olunur.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin