3. Satışın stimullaşdırılması. Təbliğat.
Reklam fəaliyyəti marketinq kompleksinə daxil olan digər vasitələrlə, məhz satışın stimullaşdırılması və təbliğatla tamamlanır.
Satışın stimullaşdırılması – bazarın cavab reaksiyasını sürətləndirmək və ya gücləndirmək üçün stimullaşdırıcı təsiri olan müxtəlif vasitələrdən istifadə olunmasıdır.
Onlara istehlakçıların stimullaşdırılması (nümunələrin yayılması, kuponlar, pulun qaytarılması haqda təkliflər, güzəştli qiymətlərlə satılan qablar mükafatlar, müsabiqələr, hesablaşma talonları, nümayişlər), ticarət sahəsininstimullaşdırılması (tədarükə görə hesaba almalar, əmtəələrin pulsuz verilməsi, əmtəəni nomenklaturaya saldıqlarına görə dilerlərə edilən güzəştlər, birgə reklamın aparılması, təkanverici mükafatlar, dilerlər arasında ticarət müsabiqələrinin keçirilməsi) və firmanın ticarət heyətinin stimullaşdırılması (mükafatlar, satıcı müsabiqələri, konfranslar).
Təşkilatların əksəriyyəti, o cümlədən, istehsalçılar, distribyutorlar, pərakəndə tacirlər, ticarət-sənaye assosiasiyaları və qeyri-kommersiya müəssisələri satışın stimullaşdırılması vasitələrinə müraciət edirlər.
Satışın, xüsusilə də istehlakçı bazarlarındakı satışın stimullaşdırılması üzrə fəaliyyətin sürətlə artımına nail olmaq qərarına gəlmiş firma onun vəzifələrini müəyyənləşdirməli, lazımi stimullaşdırma vasitələrini seçməli, müvafiq proqram işləyib hazırlamalı, onun ilkin sınaqlarının keçirilməsini və yerinə yetirilməsini təşkil etməli, gedişatına nəzarəti təşkil etməli və əldə olunmuş nəticələrini qiymətləndirməlidir.
Dostları ilə paylaş: |