Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Mövzu 11 : Marketinqdə reklam işinin təşkili



Yüklə 1,27 Mb.
səhifə123/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   119   120   121   122   123   124   125   126   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Mövzu 11 : Marketinqdə reklam işinin təşkili.

Plan:

1. Reklam, reklamın təsnifləşdirilməsi.

2. Reklam fəaliyyəti proqramının işlənib hazırlanması.

3. Satışın stimullaşdırılması. Təbliğat.
1. Reklam, reklamın təsnifləşdirilməsi.

Reklam - özündə maliyyələşdirmə mənbəyi dəqiq göstərilməklə, pullu informasiya yayımı vasitələrinin yardımı ilə şəxsi olmayan əlaqə formalarını təcəssüm etdirir.

Reklam – məlum sponsor adından ideyaların, əmtəələr, yaxud xidmətlərin şəxsən olmayaraq təqdim edilməsi və irəlilədilməsinin hər hansı bir pullu formasıdır.

Reklama xərc çəkənlər arasında təkcə kommersiya təşkilatları deyil, həmçinin müxtəlif məqsədli auditoriyalar arasında öz niyyətlərini reklamlaşdırmağa çalışan muzeylər və müxtəlif ictimai təşkilatlar da vardır. Yeri gəlmişkən, ən iri reklam vericiləri siyahısında birinci yeri – ABŞ hökuməti tutur.

Reklam haqqında Azərbaycan Respublikasının Qanununda reklama belə tərif verilir: reklam fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədilə yayılan informasiyadır.

Ümumi şəkildə reklamı təyinatından asılı olaraq 3 qrupda təsnifləşdirmək olar:

1. Məlumat verici reklam – Bu istehlakçılarda yeni əmtəəyə qarşı ilkin tələbatı yaratmaq vəzifəsini yerinə yetirmək üçün istifadə olunan reklamdır və əsasən əmtəənin bazara çıxarılması mərhələsində üstün istifadə olunur.

2. Nəsihətverici reklam – Bu əmtəənin həyat dövrünün artım mərhələsində üstün şəkildə istifadə olunur və firma qarşısında seçmə tələbatı yaratmaq vəzifəsi baş qaldırdıqda xüsusi əhəmiyyət kəsb edir.

3. Xatırladıcı reklam – Bu əmtəənin həyat dövrünün yetginlik mərhələsində geniş istifadə olunur. Başlıca məqsədi istehlakçının yaddaşında əmtəə barədə məlumatların yenidən canlandırılması və onu, əmtəəni yada salmağa məcbur etməkdir.

Stimullaşdırma kompleksinin üç əsas təsir vasitəsi reklam, satışın stimullaşdırılması və təbliğatdır. Kütləvi marketinqin bu alətləri konkret alıcıya istiqamətlənmiş şəxsi satış metodlarından fərqlənir.

Deməli, reklam – yəni satıcının əmtəələr, xidmətlər və ya təşkilatlar haqqında nəsihətverici məlumatların çatdırılması üçün informasiya yayılmasının pullu vasitələrindən istifadə edilməsi – güclü stimulladırma vasitəsidir. Amerikanın bazar xadimləri hər il reklama 61 mlyard dollardan çox xərcləyirlər. Reklamın özü isə küllü sayda müxtəlif formalarda (ümummilli, regional, yerli, geniş istehlakçı üçün əmtəənin reklamı, markanın reklamı, nüfuzun reklamı və s.) çıxış edir.

Reklamın kökləri qədim dövrə gedib çatır. Onun əsas istifadəçıləri xüsusi müəssisələr olsalar da, reklam bütün dünyada, o cümlədən sosialist ölkələrdə də tətbiq olunub.




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin