Bir sözlə, satışın stimullaşdırılması – istehlakçı bazarlarını, ticarət sahəsini və firmaların satış heyətlərinin stimullaşdırılmasına xidmət edən qısa müddətli müxtəlif sövqedici vasitələr – kuponlar, mükafalar, müsabiqələr, bazarlığa görə hesaba almalardır. Sön illərdə satışın stimullaşdırılmasına çəkilən xərclərin tempi reklam xərclərinin artım tempini qabaqlayır. Satışın stimullaşdırılması üzrə fəaliyyət vəzifələrin qoyulmasını, stimullaşdırma vasitələrinin seçilməsini, müvafiq proqramın işlənib hazırlanmasını, ilkin sınağını, həyata keçirilməsini və əldə olunmuş nəticələrin qiymətləndirilməsini nəzərdə tutur.
Bazardan xəbərdar olmanın və verilən üstünlüklərin formalaşması işində böyük potensial imkanlarının olmasına baxmayaraq, digər stimullaşdırma vasitələri ilə müqayisədə təbliğata, yəni redaksiya yerinin və vaxtının pulsuz alınmasına daha az müraciət olunur. Təbliğat üzrə fəaliyyət vəzifələrinin müəyyənləşdirilməsini. Təbliğat müraciətlərinin və onların daşıyıcılarının seçilməsini, təbliğat planının həyata keçirilməsini və əldə olunmuş nəticələrin qiymətləndirilməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |