T ə b l i ğ a t - satışın stimullaşdırılması ilə yanaşı, stimullaşdırmanın əsas vasitələrindən biri də təbliğatdır.
Təbliğat özündə “konkret vəzifənin həllinə - qarrşıya qoyulmuş məqsədlərə yetməyə - köməklik gğstərilməsi üçün firmanın mövcud və potensial müştəriləri tərəfindən oxunulması, baxılması və eşidilməsi üçün münasib olan bütün informasiya yayımı vasitələrindən, redaksiya yerindən və ya vaxtından pulsuz istifadə olunmasını” birləşdirir.
Təbliğatdan markalı və adi əmtəələrin, şəxslərin, yerlərin, ideyaların, fəaliyyətin, təşkilatların və hətta bütöv ğlkələrin şöhrətləndirilməsi üçün istifadə edilir. Təbliğat özlüyündə daha böyük məfhuma – ictimai rəyin təşkili üzrə fəaliyyət məfhumuna (pablik rileyşns) daxildir. İctimai rəyin təşkili keyfiyyətlərindən biri onun informasiya yayımı vasitələrinin redaktorları ilə şəxsi münasibətlərinin olmasıdır. Çox vaxt təbliğat
üzrə mütəxəssislər – redaktorların çoxunu şəxsən tanıyan və onlara nə lazım olduğunu başa düşən keçmiş jurnalistlərdir. Təbliğat üzrə mütəxəssis informasiya yayımı vasitələrinin redaktorlarına təbliğatın ödənilməsi lazım olan bazar kimi yanaşır və bu redaktorların gələcəkdə də firmanın təqdim etdiyi təbliğat materiallarından istifadə etmələrinə səy göstərirlər.
Dostları ilə paylaş: |