Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Şəxsi satış və satışın idarə edilməsi



Yüklə 1,27 Mb.
səhifə137/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   133   134   135   136   137   138   139   140   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

3. Şəxsi satış və satışın idarə edilməsi.

Son onillikdə inkişaf etmiş xarici ölkələrdə direkt-marketinq (birbaşa marketinq) adlanan bir marketinq formasi geniş yayılmışdır. Onu bazar fəaliyyətinin fərdiləşmiş istehlakçıya (şəxsiyyətə) və onun ehtiyaclarına yönəldilmiş, xüsusi bir növü kimi nəzərdən keçirmək olar. Bu zaman istehsalçı istehlakçı üçün zəruri olan informasiyanın yayılmasında və digər tədbirlərin həyata keçirilməsində bilavasitə iştirak edir.



Direkt-marketinqə müştərilərlə qarşılıqlı şəxsi münasibətləri, kütləvi çıxışları, tövsiyələrin istifadə olunması, fərdi satışları aid edirlər.

Kütləvi informasiya vasitələrində reklamla müqayisədə pul qoyuluşlarının həcminə görə direkt-marketinq daha sürətlə artır. Bu sahə reklama nisbətən iki dəfə gəlirlidir. Kabel televiziyasının və videotexnikanın inkişafı yalnız direkt-marketinq sahəsində çalışan ixtisaslaşmış agentliklərin yaranmasına səbəb olmuşdur.

Şəxsi olaraq fərdi satış məqsədilə bir və ya bir neçə potensial alıcı ilə söhbət əsnasında əmtəənin şifahi təqdim olunmasını nəzərdə tutur. Beləliklə, fərdi satış iki əsas aspektdən nəzərdən keçirilə bilər: bir tərəfdən bu alıcı ilə planlaşdırılan qarşılıqlı münasibətlərin qurulması vasitəsidir; digər tərəfdən bu satış əməliyyatlarının bilavasitə həyata keçirilməsidir. Sonuncu aspekt şəxsi satışı birbaşa satışın (direkt-marketinqin) bir forması kimi nəzərdən keçirməyə imkan verir.

Şəxsi satışın kommunikasion xüsusiyyətlərinə bunları aid etmək olar:

♦ «Satıcı-alıcı» münasibətlərinin özünəməxsus, birbaşa xarakteri;

♦ İkitərəfli əlaqənin mövcudluğu. Ünsiyyətin dialoq rejimində olması istehlakçıların ehtiyaclarına çevik reaksiyä verməsinə, əlaqələrin xarakterinə və məzmununa operativ düzəlişlər edilməsinə imkan yaradır;

♦ Fərdi satışın şəxsi xarakter daşıması, satıcı ilə alıcı arasında uzunmüddətli şəxsi münasibətlərin yaranmasına imkan verir ki, bu da alıcının fərdi xüsusiyyətlərindən asılı olaraq müxtəlif formada ola bilər;

♦ Alıcı tərəfindən müəyyən reaksiyanın mövcudluğu. Əgər reklam vərəqəsini oxumadan tullamaq, güzəşt verən kupondan istifadə etməmək mümkündürsə, alış etmək haqqında birbaşa edilən müraciət isə cavabında alıcıdan buna öz münasibətini bildirməyi tələb edir. Əgər bu təklif çox bacarıqla edilibsə, bəzən buna «yox» cavabı vermək çox çətin olur;

♦ Bu bilavasitə əmtəələrin alınması ilə başa çatan yeganə kommunikasiya növüdür;

♦ Kommunikasiya tiplərinin( bir əlaqə hesabı ilə) ən bahalısıdır.




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin