2. Çap məhsulları vasitəsilə təbliğat aşağıdakı formaları almışdır:
♦ Firmanın fəaliyyəti haqqında illik rəsmi hesabatların dərc olunması. Bir çox ölkələrdə bəzi tip müəssisələrin (məsələn, səhmdar cəmiyyətlərinin) maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında məlumatların dərc olunması xarakter daşıyır və qanunvericiliklə möhkəmləndirilmışdir.
♦ Firmanın təbliğat xarakterli prospektinin çap olunması. Adətən nüfuzlu prospektlərdə firmanın tarixi, böyük əhəmiyyət kəsb edən nailiyyətləri əks olunur. Bəzi hallarda prospekt oxucuları firmanın təşkilat strukturu və rəhbərləri ilə tanış edir. Beləliklə, prospekt aşkarlıq atmosferinin formalaşmasına və firma ilə ictimaiyyət arasında qarşılıqlı inamın yaranmasına səbəb olur.
♦ Firmanın öz jurnalının nəşr olunması (digər kütləvi informasiya vasitələrinin təşkili). Bu ən bahalı təbliğat vasitələrindən biridir. Bu isə onun nəşrinin həm tərtibat, həm də məzmun cəhətdən yüksək səviyyədə təmin olunması zəruriliyi ilə izah olunur. Buna görə də firmanın öz jurnalının nəşr olunması faktı firmanın yüksək əhəmiyyətindən və sabit maliyyə vəziyyətindən xəbər verir.
Məsələn, İrlandiya aviaşirkətinin nəşr etdirdiyi «Qeytvey» (ingiliscə - qapı, darvaza) fırma jurnalının bir nömrəsinə nəzər salaq. İlk növbədə, yüksək keyfıyyətli poliqrafik işlər diqqəti cəlb edir. Jurnalın üz qabığında şirkətin firma üslubunun elementləri (əmtəə nişanı və loqotipi) öz əksini tapmışdır. Jurnalın birinci səhifəsində fırmanın yubileyi ilə əlaqədar oxucuların rəhbərliyə göndərdiyi təbriklər dərc olunmuşdur. Buradaca şirkətin rəhbərinin şəkli dərc olunmuşdur. Daha üc səhifə yubileylə əlaqədar keçirilən tədbirlərə həsr olunmuşdur. Rəngli fotoşəkillərin yüksək keyfıyyətini qeyd etmək lazımdır. Jurnalın digər nəşr hissəsi (80 səhifəyə qədər ) aviaşirkətlə bilavasitə əlaqəli deyil. Burada oçerklər, hekayələr, repartajlar, əmtəə istehsal edən fırmaların reklamları yerləşdirilir. Bu yolla jurnal oxucular arasında papulyarlığa nail olur.
Bazarda yeni əmtəə markalarının sayının artması satışın həvəsləndirilməsi üzrə tədbirlərin geniş yayılmasına səbəb olmuşdur. Slatistika göstərir ki, satışın həvəsləndirilməsi əmtəələrin yeni markalarının yüksək templərlə peyda olduğu sahələrdə daha böyük səmərə verir.
Marketinq kommunikasiyalarının bir forması kimi, satışın həvəsləndirilməsi, adətən qısamüddətli xarakter daşıyan və əmtəə alışını və ya satışını dəstəkləyən sövqedici tədbirlər və üsullar sistemini təşkil edir.
Satışın həvəsləndirilməsi üsulları ilə əldə edilən məqsədlər firmanın marketinq vəzifələri ilə və bu vəzifələrin istiqamətləndiyi məqsədli auditoriyanın xarakteristikaları ilə müəyyənləşdirilir. Adətən, həvəsləndirmənin üç tip ünvanını fərqləndirirlər: istehlakçılar, vasitəçi ticarətçilər, öz ticarət personalı.
Məqsədli auditoriyanın tipindən asılı olaraq satışın həvəsləndirilməsinin əsas vəzifələrini və üsullarını qısaca olaraq aşağıdakı kimi xarakterizə etmək olar:
1. Istehlakçıya istiqamətlənmiş satışın həvasləndirilməsi tədbirləri hər şeydən əvvəl istehlakçıları yeniliklərlə (yeni əmtəə və xidmətlərlə) tanış etmək, onları alışa sövq etmək, bir alıcının aldığı əmtəə vahidlərinin sayını artırmaq, ticarət markasına sadiq olan və daimi alıcıları mükafatlandırmaq, salışın müvəqqəti tərəddüd hallarını (mövsümi, həftənin günləri üzrə, gün ərzində) azaltmaq və s. məqsədlər daşıyır.
Həvəsləndirmənin son istehlakçıya yönəldilmiş çoxsaylı üsullarını bir neçə qrupda birləşdirmək olar:
♦ Qiymətdə güzəştlər ən çox və tez-tez tətbiq olunan üsullardan biridir. Onlar da öz növbəsində aşağıdakı alt növlərə bölünür:
> danışılmış sayda əmtəələr alınması şərtilə güzəştlər;
> daimi alıcılara tətbiq edilən bonus güzəştlər (bir qayda olaraq 5% səviyyə-sində). Bura həftənin müəyyən günlərində (məsələn, iş günlərində teatrlara və ya əyləncə mərkəzlərinə biletlərin güzəştli satışı) və ya günün müəyyən vaxtlarında (məsələn, gündüz seanslarına kino biletlərinin güzəştli satışı) edilən güzəşlər də aid edilir;
> mövsümi satış güzəştləri;
>firmanın yubileyi, milli bayramlar (məsələn, Müstəqillik Günü münasi-bətilə), ənənəvi bayramlar (məsələn, yeni il qabağı) münasibətilə güzəştlər;
> müəyyən kateqoriya istehlakçılar üçün güzəştlər (məsələn, uşaqlar, tələbələr, hərbçilər, təqaüdçülər və s.);
>köhnə modelli, dəbdən düşmüş əmtəələrə güzəşllər;
> əmtəəni nəqd pula aldıqda edilən güzəştlər («skonto»)
> köhnə modelli əmtəəni təhvil vermək şərti ilə yeni əmtəənin alınmasında edilən güzəştlər;
> «Ani satış» güzəştləri. Şöbəyə alıcıları cəlb etmək məqsədilə mağazanın və ya ticarət mərkəzinin hər hansı şöbəsində müəyyən qısa müddət ərzində (məsələn, 30 dəqiqə) qiymətlərin aşağı endirilməsi.
Güzəştlərin tətbiq edilməsi kompleksi ilə yanaşı, satışın həvəsləndirilməsinin kuponların paylanması şəklində tətbiq edilən üsulunu da nəzərdən keçirmək lazımdır. Kupon fırma tərəfindən alıcıya verilən və konkret bir əmtəənin alınmasında ona güzəşt hüququ verən özünəməxsus sertifikat rolunu oynayır. Kuponları bir çox hallarda qablaşdırılmış əmtəələrin içinə yerləşdirir, qəzet və jurnallarda reklam elanları ilə yanaşı çap edir, kataloqlarda yerləşdirir və ya poçt vasitəsilə yayırlar. Bəzi hallarda kuponun üzərində reklam xarakterli müraciət yerləşdirilə bilər.
Dostları ilə paylaş: |