Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki



Yüklə 1,27 Mb.
səhifə81/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   77   78   79   80   81   82   83   84   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

«Qiymət müharibəsi» açıq formada yalnız o vaxtacan mümkündür ki, firma kütləvi istehsalın miqyasının ge­nişlənməsi ilə əlaqədar əmtəənin maya dəyərini aşağı en­məsi ehtiyatını hələ tükəndirməyib. Artıq bərabərlik yarananda qiymətin aşağı salınmasının istənilən cəhti ona gətirir ki, rəqiblər dəqiq bu cür reaksiya verirlər: fırmanın mövqeləri bazarda dəyişikliklərə davam gətirmir, lakin mənfəət norması aşağı düşür, əksər hallarda firmanın ma­liy­­yə vəziyyəti pisləşir, bu da əsas fondların ye­ni­ləş­dirilməsində və genişləndirilməsində investisiya qo­yu­lu­şu­nu azaldır. Nəticədə istehsalın aşağı enməsi güclənir, göz­lənilən nailiyyət və rəqiblərin sıxışdırılması əvəzinə göz­lənilməyən var - yoxdan çıxma və müflüsləşmə baş­la­yır.

Ona görə də, müasir zamanda elmi – texniki tərəqqi da­­vam etdikcə, daha çox qiymətlərin aşağı düşməsi yox, on­­ların qalxması müşahidə olunur: qiymətlərin artması çox hallarda əmtəənin istehlak xassəsinin artmasına adek­vat olmur və bunu da inkar etmək mümkün deyil.



Qiymət rəqabəti əsas etibarı ilə autsayder-firmaların inhi­sarçılarla mübarizəsində tətbiq edilir. Lakin autsay­der­lərin inhisarçılarla açıq qiymət rəqabətinə girmək maliyyə - iqtisadi imkanları məhdud olduğundan risklidir. Bundan başqa, qiymət rəqabəti üsullarından bir qayda olaraq yeni əmtələrlə bazara daxil olmaq üçün, həmçinin qəfildən satış problemləri pisləşdiyi hallarda istifadə edilir. Birbaşa qiymət rəqabətinə getdikdə, firmalar yeni buraxdıqları və bazarda olan əmtələrinə qiymətin aşağı salınması (20-60%) haqqında geniş məlumat verirlər. Məsələn, 1982-ci ildə «Delta, General» yadasalan qurğuya qiyməti 68%, «Perkin-Elmere» isə 61% aşağı salmışdır. Bunu digər firmalar da etmişlər. Nəticədə qiymətin ümumi səviyyəsi 20 dollar aşağı enmişdir.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin