- Bənzətmə (metafora, təşbeh), yəni söz vasitəsi ilə bir sözün obyektini digər sözün obyektinə bənzədən sözlər. Bu sözün işarəliliyindən oxşatma, analogiya üzrə istifadədir. Bənzətmə mətndə ad-sözün şəkli və obrazı kimi çıxış edir, bir məfhum o biri məfhuma oxşadılır. Məsələn, ağ baş, mərmər sinə, qara gavalı kimi ifadələr belədir.
1. Məcaz (metonimiya) yəni sözün öz ilkin mənası ilə deyil, bu nilkin mənadan doğan digər mənaları ilə qoşulduğu sözləri bildirməsi və onu aydınlaşdırmasıdır. Bu, sözün işarəvi mənasından bənzətmə yox, müqayisə prinsipi ilə istifadədir. Məcazda epitetin müəyyən əlamətləri obyektə, qoşulduğu sözə köçürülür. Məcazı məna növlərinə görə təsnif etmək olar. Aşağıdakı nümunələri nəzərdən keçirək:
- Qurd ürəkli – ifadəsində obrazın ürəyi qurdla eyniləşdirilmir, ancaq qurdun cəsurluğu və qətiyyəti ona aid edilir. Epitet kimi işlənən məfhumun aparıcı xüsusiyyətləri məcaziliyidir.
- Quş beyin – ifadəsində isə bənzədilən ancaq quşun uçmaq, teztez yerini dəyişmək xassəsidir. Deməli, burda quş sözünün məcazi, müqayisə yaradan mənası aparıcıdır. Bu ifadə diqqətini bir yerə yığa bilməyən adamlara deyilir.
- Eşq dəlisi – ifadəsində eşq epiteti dəliliyin ancaq səbəbinə işarə etməklə onun növünü təqdim edir. Burada eşq sözü eşqin gücündən xəstələnmiş adam məfhumunu bildirir.
- Bic bala – ifadəsindəki bic epiteti isə insanın hüquqi vəziyyətinin bir tərəfini aydınlaşdırır, yəni insanın qanunda nəzərdə tutulan qaydada yaranmış ailədə doğulmadığını bildirir.
- Dəli kür – ifadəsində insana aid dəli epiteti çaya köçürülür. Qarşımızda dəli sözünün məcazi mənalarından biridir, yəni “daim gözlənilməz hərəkət edə bilən” mənasıdır.
Göründüyü kimi məna baxımından epitetim növlərini istənilən qədər təsnif etmək olar, lakin buna ehtiyac yoxdur, bu dilçiliyin semantika sahəsinin işidir. Lakin orta əsrlərdə ədəbiyyat nəzəriyyəçiləri və şeirşünaslar epitetin məna növlərini də geniş təsvir edirdilər. Bu dilçiliklə şeirşünaslığım hələ elm kimi bir-birindən ayrılmamağının nəticəsi idi.
Dostları ilə paylaş: |