Bədii mətnin təhlil aspektləri



Yüklə 55,59 Kb.
səhifə6/11
tarix04.01.2022
ölçüsü55,59 Kb.
#50997
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   10   11
New Microsoft Word Document

Perifraz (söz oynatma) – tək-tək sözlərin yox, frazeoloji birləşmələrin və danışıq dilində geniş yayılan sabit ibarələrin məcazi mənalarda işlədilməsindən yaranır. Bunun üçün çox hallarda sabit frazeoloji birləşmədə bir və ya iki söz dəyişdirilir və yeni ironik məna alınır. Məsələn, qoçaqlıq göstərən adama deyirlər: ananın südü sənə halal olsun. Ələkbər Cabir bu ifadədən Məmmədəli şahı ifşa etmək üçün faydalanaraq yazır:

Əhli-vicdan verdiyi qiymət halal olsun sənə!
Doğrudan da Məmdəli, qeyrət halal olsun sənə!

Əslində şair Məmmədəli şaha demək istəyir ki, ananın südü sənə haram olsun. Bəzən sabit ibarə bütöv halda məcazi mənada işlədilir. Məsələn, Şekspirin məşhur faciəsində Otellonun Dezdamonaya verdiyi “hanı dəsmal?” – sualı qısqanclıq rəmzi sayılır. Lakin məişətdə kişinin qadına bu sualla müraciət etməsi, “Hanı dəsmal?” soruşması qısqanclığın yamsılanması kimi məcazi mənada qəbul edilir. Söz oynatmadan adətən tiplərin dilində, publisistik və satirik janrlarda daha çox istifadə edilir. Geniş mənada epitetin bənzətmə və məcazi təbiəti sözün obrazlı təbiətinin iki mərhələsidir. Bənzətmə birinci siqnal sistemi səviyyəsində belə mümkün olan oxşatmadır. Məcaz isə artıq sözün işarəliliyinin mücərrəd, təcridə əsaslanan obrazlılığıdır. Məcazda epitet təbiətli sözlərin müəyyən xüsusiyyətləri onun ilkin mənasından təcrid edilir və yeni məna kimi alınaraq müstəqil bədii təyin kimi işlədilir. Məcazi mənalar mətn mədəniyyətində yaranır, sözdən istifadənin yazı dilində sonradan yaranan məna təcridi və köçürülməsi ilə bağlıdır.

Müasir strukturalist dilçiliyin görkəmli nümayəndəsi olan R.O.Yakobson bənzətmə və məcazi təbiətli söz birləşmələrini (cümlələri, hökmləri) dünyanı sözlə bildirmənin iki universal üsulu adlandırmışdır. Alim struktural terminologiya ilə bənzədici söz birləşmələrini və cümlələri, hökmləri metaforik (oxşadıcı) və mənaköçürmə yolu ilə alınan söz birləşmələrini (hökmləri) isə metonimik (məcazi) hökmlər adlandırmışdır. Bu bölgü əslində adlandırıcı (ad) sözlərlə onların təsviredici (oxşadıcı) funksiyası arasındakı fərqə əsaslanır.


Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin