Bədii mətnin təhlil aspektləri



Yüklə 55,59 Kb.
səhifə1/11
tarix04.01.2022
ölçüsü55,59 Kb.
#50997
növüKompozisiya
  1   2   3   4   5   6   7   8   9   10   11
New Microsoft Word Document



Bədii mətnin təhlil aspektləri


Klassik ritorika öz sahəsinə aid biliklərə üç aspektdən ya­na­şırdı: elocitio (söz), dispositio (sintaksis), inventio (məna). Buna uyğun olaraq rus formal nəzəriyyəsinin nümayəndələri də ədə­biyyatşünaslıq araşdırmalarını üç sahəyə ayırmışdılar: üs­lu­biy­yat, kompozisiya və mövzu.

Azərbaycan ədəbiyyatşünaslığında araşdırmalar bölgünün so­nuncu qrupuna əsərin ideya istiqaməti məsələsini də əlavə edil­məklə daha çox bu istiqamətdə aparılır. Təəssüflər olsun ki, rus və Avropa alimləri hələ XX əsrin otuzuncu illərində həmin prin­siplərdən bezmiş, çünki onun vasitəsilə yaradıcılıq ha­di­sə­lə­ri­ni dərinliklə öyrənməyin mümkünsüzlüyünü anlamış, bədii əsərin da­xili qanunauyğunluqlarını göstərən, bütövlüyünü təmin edən əla­mətlərin üzə çıxarılması üçün başqa metod və yollar ara­mış­lar. Avropada meydana gələn linqivistik nəzəriyyə də çox irəli ge­də bilməmiş, rus formalistlərindən fərqli olaraq fonologiya, sin­taksis və semantik – deyə bölmələrə ayıraraq bədii mətni təh­lil etmişlər. Bu, əslində ilkin prinsiplərə (klassik ritorikaya) qa­yı­dış kimi təsiri bağışlayırdı. Tarixi poetikada bu üç aspektin han­sının daha vacibliyi haqqında başlanğıcdan mübahisə möv­cud olmuş və bu gün də davam etməkdədir.

Məşhur fransız strukturalisti S.Todorov isə bədii mətnin təh­lilini aşağıdakı prinsiplə aparmağı təklif edirdi:


Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin