Bərk ciSİMLƏRİN İSTİLİk tutumu



Yüklə 3,51 Mb.
səhifə9/17
tarix24.12.2023
ölçüsü3,51 Mb.
#193043
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
referat 5132

Güclü qarşılıqlı təsir atom nüvəsinin davamlılığını təmin edir. Nüvə sahəsinin daşıyıcı zərrəcikləri qlyonlardır. Nuklonda daima kvark – antikvark (mezon) əmələ gəlir və onlar bir nuklondan digərinə keçir. π – mezonunun (pionun) nuklonlarla əlaqəsi g sabiti ilə xarakterizə olunur. İki nuklon arasında bir pion vasitəsilə mübadilə zamanı meydana çıxan “qüvvənin” qiyməti g2/ħc sabiti ilə ifadə olunur. Fotonun elektronlarla qarşılıqlı təsir nəzəriyyəsi kvant elektrodinamikası adlandığı kimi, qlyonların kvarklarla qarşılıqlı təsiri kvant xromodinamikası adlandırılır (yunanca “Xromos” – rəng deməkdir).
Kvant xromodinmikasına görə, kvarklar xüsusi zərrəciklərin – qlyonların (ingilis sözü glue – yapışqan) mübadiləsi nəticəsində qarşılıqlı təsirdə olur. Qlyonlar kvarkların yaratdığı sahənin kvantlarıdır. Qlyonlar kütləsi sıfıra, spini vahidə, boşluqdakı sürəti işıq sürətinə bərabər olan zərrəcik olub, bozonlar qrupuna daxildir. Qlyonların udulması və buraxılması zamanı kvarkların rəngi dəyişir. Məsələn, qırmızı u-kvark qlyon buraxaraq sarı və göy u-kvarka çevrilir. U-kvarkı d və s kvarkına çevrilə bilmir. Lakin daima öz rənglərini dəyişirlər. Rənglər mübadilə hesabına qlyonlar mübadiləni təmin edir və güclü qarşılıqlı təsirdə iştirak edirlər. Rəng kvarkların əsas xarakteristikasıdır. Elektromaqnit qarşılıqlı təsiri zamanı elektrik yüklərinin oynadığı rolu, kvarklar arasında rənglər oynayır. Qlyonlarda kvarklar kimi sərbəst halda mövcüud olmurlar.
Zəif qarşılıqlı təsir digər qarşılıqlı təsirlərdən fərqli olaraq əlaqələndirici olmayıb, əsasən parçalayıcıdır (dağıdıcıdır). Elementar zərrəciklərin qarşılıqlı çevrilməsi məlum təsirlərin heç biri ilə təsvir edilə bilmir və əsasən zəif qarşılıqlı təsirlə xarakterizə olunur. Atomların β – çevrilməsi zamanı elektronla yanaşı antineytrino da, buraxılır. Neytron W- bozon buraxmaqla protona, sonra isə W- bozon elektron və antineytrinoya çevrilir.
Məlumdur ki, nüvədə elektron yoxdur. Fermi göstərmişdir ki, nüvədən çixan elektron və neytrino həmin çevrilmə prosesi zamanı əmələ gəlir. Bu atomun və yaxud nüvənin həyəcanlı haldan normal hala keçməsi zamanı foton buraxılmasına bənzəyir. Neytrino ancaq zəif qarşılıqlı təsirdə iştirak edir. Ona görə də neytrinonun iştirakı ilə gedən proses zəif və yavaş baş verir. Neytrino maddə ilə son dərəcədə zəif qarşılıqlı təsirdə olur. Yer kürəsi neytrino üçün “şəffafdır”.
Zəif qarşılıqlı təsirin daşıyıcısı (mübadilə zərrəciyi) W və Z0 bozonlardır.
W - bozonlar yüklü cərəyanlar arasında, Z0 – bozonlar isə neytral cərəyanlar arasında qarşılıqlı təsiri mübadilə yolu ilə tamin edirlər. Onların spinləri vahidə və yaşama müddəti 10-8 saniyəyə bərabərdir.
Hazırda elektromaqnit və zəif qarşılıqlı təsirləri birləşdirən elektrozəif qarşılıqlı təsir adlanan vahid təsir nəzəriyyəsi yaradılmışdır. Son illərdə güclü, elektromaqnit, zəif və qravitasiya qarşılıqlı təsirlərini birləşdirərək vahid sahə nəzəriyyəsinin yaradılmasında bəzi uğurlar əldə edilmişdir. Bu məsələlər isə hazırki dərsliyin məqsədindən kənardır.
Kvant elektrodinamikası sahəsində görkəmli alim olan V.B. Berestetskiy orta məktəb kursundan bizə məlum olan – parçalanmanı – güclü, – parçalanmanı - zəif, – şüalanmanı – elektromaqnit qarşılıqlı təsirlərin rəmzi adlandırmışdır.
1. Qalın divarlı qurğuşun qab
2. Radioaktiv element

Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin