Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Meydan hərəkatı. M. Hatəmi, N. Pənahlı və S. Rüstəmxanlı



Yüklə 396 Kb.
səhifə4/6
tarix25.12.2016
ölçüsü396 Kb.
#3079
1   2   3   4   5   6
Meydan hərəkatı. M. Hatəmi, N. Pənahlı və S. Rüstəmxanlı
Ailəmizin Sovet Azərbaycanındakı fəlakətli, acınacaqlı yaşantısı Quzey Azərbaycan türk xalqının fəlakətli, acınacaqlı yaşantısının kiçicik parçası, nümunəsi olmuşdur. Milli gəliri başından aşıb-daşan xalqımızın bu dözülməz həyatı, məni başında rus şovinizmi dayanan sosializm soyğunçuluğuna, sosializm milli zülmünə, sovet quruluşuna qarşı vulkan kimi püskürdən başlıca amillərdən biri olmuşdur.

Quzey Azərbaycanda öncə Əli Bayramlının Qara-çola, ardınca Şamaxının 6 nömrəli kəndində, sonra Xudatın Çkalov kəndinin  4-cü şöbəsində, daha sonra Qu-banın H. Zərdabi kəndində yaşadıq, nəhayət mənim səyimlə Bakını özümüzə daimi yaşayış yerinə çevirməyi başardıq. 1947- dən 1967-ci ilə qədər, başqa sözlə desək, 20 il davam edən bu köçhaköç öz istəyimizlə olmamışdır. Bizi burdan ora, ordan bura ya sürgün etmişlər, ya siyasi mülahizə ilə köçməyə məcbur olmuşuq. 1953-cü il oktyabrın 4-də yağışlı, soyuq havada, üstüaçıq yük maşınında bizi Şamaxıdan Xudata bir saatın içində sürgün etdilər. Bu köçhaköç olmasa idi, bir yerdə qalıb qaymaq bağlamaq mümkün olsaydı, bəlkə də bu qədər  zəlil  köklərə qalmazdıq. Hər köçəndə nəyimiz vardı dağılırdı.

Azərbaycan Demokrat Firqəsinin üzvü olan atamın və onun sadəlövh dostlarının başına HKVD papaq qoyaraq, onlara bu firqənin daxilində, nəliyi bilinməyən, gizli "kommunist qrupu" yaratdırır. ADF-nin rəhbərliyi tərəfindən Şamaxıdan sürgün edilməyimizin zahiri nədəni bu idi. Fikrimcə, əslində bizi ona görə sürgün etmişdilər ki, 6 nömrəli kənddə ermənilərlə başçıları atamgil olan güneylilərin çörək növbəsində böyük davası düşmüş, ermənilər möhkəmcə əzişdirilmişdilər. İnzibati orqanların erməni başçıları bunu güneylilərə bağışlamazdılar. Yeriykən qeyd edim ki, ermənilərin Şamaxıda, Bakıda, Qubada, Azərbaycanın başqa yerlərində xalqımızı vaxtilə amansızcasına qırmaları, kəndlərimizi dağıtmaları, yandırmaları haqqındakı ilk bilgilərim bu olayla ilgili olaraq başlamışdır.


Yüklə 396 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin