Bəybala xankiŞİyev şahrza əLİyev


Əslində, “mühasibat nə vaxt yaranmışdır” sualına cavab vermək çətindir



Yüklə 0,67 Mb.
səhifə10/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Əslində, “mühasibat nə vaxt yaranmışdır” sualına cavab vermək çətindir. Lakin onların hamısı 1340-cı il tarixli ikili mühasibat sisteminin ilkin sübutu kimi, Genoanın bələdiyyə qeydləri ilə yekdilliklə razılaşırlar. 1494-cü ildə Venesiyada nəşr olunmuş “Hesablara və qeydlərə dair traktat” əsərində Fransisko rahibi Luka Paçoli tərəfindən mühasibat uçotunun sistemləşdirilməsi danılmaz faktdır.

1994-cü ildə ikili mühasibat haqqında ilk nəşr olan Paçolinin traktatının işıq üzü görməsinin 500 illiyi qeyd olunmuşdur.

İnsan fəaliyyətinin bir növü kimi mühasibatın yaranması üçün iki əsas tələb vacib idi:


  1. təsərrüfat xeyli ölçüyə nail olmalıdır (faktiki olaraq onun hesabı tələb olunurdu);

  2. əlifbanın və ibtidai hesabın yaranması.

Hesabdarlıq – insanların müəyyən qədər təcrübi tələbini ödəyən biliklərdən biri olaraq ilk dəfə özünün tətbiqini qədim dövrlərə təsadüf edir, bəşəriyyətin ilk mülkiyyəti olmuş və həmişəlik həlledilməz problem olaraq qalacaq.

Şübhə yoxdur ki, o vaxtlar insanlar arasında ticarət əlaqələri, təbiət və əmək vasitələrinin qarşılıqlı mübadiləsi məhdud idi, heç bir hesabdarlıq yox idi və ola da bilməzdi.

Mədəniyyətin ilkin əlamətləri, ticarətin daha çox maddi forma aldığı və ümumi mübadilə aləti zərurətini doğurduğu zaman əmələ gələ biləcək hər hansı bir qeydlərin zəruriliyi haqqında fikir əmələ gəlirdi. Bu qeydlər asanlıqla unudulan faktların izlərini yalnız qorumağa xidmət edirdi, çubuqlar və ya daş üzərində, çərtiklərdən daxili bərk olan mum kafellərə basılan kəsiklər onların rəmzi nişanlarından ibarət idi – onsuz da hesabdarlığın başlanğıcı qoyulmuşdu.

Fərz olunur ki, hesabdarlıq qədim Misirdə meydana gəlmişdir. Bu, klassik ölkənin tədqiqatçı alimləri tərəfindən qismən dəstəklənir və nəticə etibarilə cəbrin misirlilər tərəfindən ixtira olunması yekdilliklə qeyd edilir, belə ki, riyazi elmlərin yüksək dərəcədə inkişafına baxmayaraq, Misirin geniş ticarət əlaqələri hər hansı bir qeyd aparılmadan çətin ki, fəaliiyət göstərə bilərdi.



Qədim Misirdə mühasibat uçotunun şəffaf, təbii konsepsiyası artıq yaranmışdır (daha dəqiq hesab). Papirus vərəqləri üzərində yazılar: vərəqlərin üzərində qeydlərin aparılması – buradan götürülmüşdür. Babilistanda uçot gil lövhəciklər üzərində aparılırdı. Əmək fəaliyyətinin uçotu inkişaf etmişdi (əmək haqqı, adam-gün).

Tarixi hadisələrin gedişində hesabdarlıq biliklərini geniş yayan, təbii ki, sələfləri tərəfindən onlara irsən keçən, öz malları üçün əsas bazarları və dünyanın üç hissəsində geniş ticarət əlaqələri olan yunanlar romalılar idi.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin