Səyyar vergi yazarı peşəsi yaranır (haqq olaraq hesabat tərtib edirdi). O zamanlar bəzi qaydalar üzrə ticarət kitablarının olması və onlarda qeydlərin hansı formada tərtib edilməsi bizim üçün sirr olaraq qalırdı, lakin bəzi Roma
yazarlarında rast gəlinən ifadələr gəlir və xərc hesab kitablarının olmasını qeyd edir.
Xoşbəxt təsadüf nəticəsində qorunub saxlanmış ticarət kitabları artıq XIV yüzilliyin ikinci yarısına aiddir və bunlar arasında 1367-ci ildən 1408-ci ilə qədər birinci yeri tutan Hamburq şəhər arxivində saxlanılan kitablardır. Onlar o vaxt məşhur olan Viko van Geldersen holland şirkətinin müxtəlif mallarının geniş ticarətini aparır və özünün bir çox gəmilərinə sahiblik edir, kommersiya məsələlərinə müəyyən aydınlıq gətirirdilər. Bu, Hansa Birliyinin çiçəklənmə dövrü idi, onun üzvləri onlara verilən imtiyazlardan istifadə edərək öz məhsullarını sərbəst halda İngiltərəyə, Danimarkaya, İsveçə və Novqorod istisna olmaqla, Rusiyaya idxal edirdilər (1272-ci ildən). Bütün Avropada özlərinin idarə və agentlikləri vardı.
1413-cü ildən 1427-ci ilə qədər Auqsburqda yaradılan xüsusi kitabxanada mühasibat tarixi üçün məşhur olan Fugger ticarət evinin kitabları hesab edilir. Özünün hesaba gəlməyən sərvəti ilə tanınan, haqqında əfsanələr qoşulan Fugger ticarət tarixində satış şirkətinin baş rəhbəri kimi məşhurdur. Yeri gəlmişkən, deyirlər ki, imperator V Karl 1530-cu ildə Auqsburqda olan müddətdə Fuggerin evində mənzil tutmuşdu və ona qəbzə görə xeyli məbləğdə, bir milyon talerə yaxın (12 çəllək qızıl) borcu vardı. Sahibdən üzr istəyərək, ona olan borcunu vaxtında ödəyə bilməyəcəyini söyləyərkən, imperator onunla söhbət əsnasında müşahidə etdi ki, Fugger heç bir söz demədən, dərhal əmr etdi ki, o zamanlar olduqca bahalı sayılan bir neçə bağlama darçın gətirsinlər və o dəqiqə sobanı qaladı, sonra isə borc qəbzini oda ataraq imperatorun gözü qarşısında onu yandırdı.
“Fugger və K” ticarət evinin kitabları o həcmdə və o formada bizim dövrə qədər qorunub saxlanmışdır. Edilən qeydlərin, ödəniş maddələri yanında bəzən müxtəlif kitablarından ibarət transfer üzrə qeydlərin, satılan malların siyahılarına rast gəlinir. Bu kitablar arasında ədədlərlə dolu bir neçə yazılı səhifə var: “əsas hesabatlar” və onlarda faiz hesablanması ilə əmlak və mənfəətin məbləği göstərilir.
Ulm şəhərində mövcud olan və bütün Cənubi Almaniya şirkətinin çox tanınmış sahibi Otto Rulandın ticarət kitabları mövcud idi. Onlar 1444-cü ildən 1463-cü ilə qədər olan dövrü əhatə edir və xronoloji qaydada qeydləri, borc sayları haqqında məlumatları, hətta pul vəsaitlərinin hərəkətini özündə əks etdirmirdi.
Bu üç qədim abidə (yəni məşhur olan Viko Van Geldersen, Anton Fugger və Otto Ruland kimi şirkətlərin ticarət kitabları) XV əsrin birinci yarısına qədər hesabdarlıq tarixi üçün qalan bütün əlyazma materialları hesab edilir. O vaxtın bütün hesablarında gəlir və xərclər, borc və öhdəliklər qeydlərlə məhdudlaşdıraraq asan aparılırdı. Bir sözlə, sadə mühasibat adlanan və az-çox uyğun gələn, kitab formalarının tərtibatı nəzərdə tutulmuşdur. Lakin ticarət əlaqələrinin sürətli inkişafı XV əsrdə belə zəngin olan kəşflər və ixtiralarla aparılan bu cür qeydlərin əsassız olduğunu tezliklə aşkar etdi, mühasibatlıqda əsaslanmış və müvafiq zəruri düşüncə isə getdikcə özünə yol açmağa başladı.
Kitabların tərtibatının qənaətbəxş aparılmasında maraqlı olan bir şəxs kimi, tacirlər artıq onların tələblərinə cavab verməyən uçotu təkmilləşdirmək istəyirdilər. Onların hər biri öz təcrübəsini təklif edir, yeni fikir irəli sürür, bir çoxları isə, çox güman ki, elm adamlarının göstərişi və məsləhətlərindən istifadə edirdilər. (Mühasibat uçotunun düzgün qurulmuş formalarını yalnız ikili qeyd sisteminin ümumi şəklini açıq-aydın göstərən mühasibat qanunu əsasında izah etmək olar.)
Bu formalar bir çox nəsillərin gərgin əməyi və səyi nəticəsində yaradılmış və ilk dəfə İtaliya tacirləri tərəfindən tətbiq edilmişdir.
İkili mühasibat qeydləri üzrə çap kitabının meydana gəlməsindən xeyli əvvəl, bir çox tacirlər Genuyada, Florensiya və Venesiyada qeydlərini daxil edərək ondan istifadə edirdilər. Florensiya dövlət arxivində 1382-ci ilin kitabları bu günə qədər saxlanılır və şübhəsiz, sübut olunur ki, o vaxtlar artıq ikili qeydlər tətbiq olunurdu.
Qeyd olunan kitabların birinin başlığında göstərilir ki, bu kitab kimə məxsusdur, nə üçün nəzərdə tutulub və o Venesiya üsulu ilə tərtib olunub, yəni bir
tərəfdən – “debet” və əks tərəfdə - “kredit”. Məlum olduğu kimi, ikili mühasibat işlərinin ilk nəşri meydana gəlmişdi.
Qorunub saxlanmış qədim kitablardan görmək olar ki, ticarət evləri tərəfindən hansı müxtəlif əməliyyatlar aparılmışdır: bunlarda söhbət daşınmalardan, gəmi və malların sığortalanmasından, natural mübadilədən, malların nağd və kreditlə alınması və satılmasından, özünün və özgəsinin hesabından, başqaları ilə paylaşmasından, veksellərdən, bank hesabları üzrə qeydlərdən, komisyon əməliyyatlardan və s. gedir.
Dostları ilə paylaş: |