Qiymətləndirmə – maliyyə vəziyyəti haqqında hesabatda və ya maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təqdim edilən obyektin pul ifadəsinin müəyyənləşdirilməsidir.
Likvidlik – dövlət büdcəsindən maliyyələşən təşkilatın aktivinin nominal dəyəri dəyişilməz saxlanılmaqla, onların qısa müddət ərzində nağd pul vəsaitlərinə çevrilməsi yolu ilə yaranmış öhdəliklərinin yerinə yetirilməsi qabiliyyətidir.
Büdcə gəlirləri –Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikası büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır.