Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri


Valyuta və valyuta məzənnələri, bazarlar dünya valyuta sisteminin əsas elementləri kimi



Yüklə 210,43 Kb.
səhifə43/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   ...   39   40   41   42   43   44   45   46   ...   57
muhazre1

Valyuta və valyuta məzənnələri, bazarlar dünya valyuta sisteminin əsas elementləri kimi
İstənilən valyuta sisteminin baza elementi valyuta hesab edilir. Valyuta deyəndə yeni növ pul deyil, onların funksiya göstərməsinin xüsusi üsulu başa düşülür ki, bu zaman da milli pullar beynəlxalq ticarət, kredit, ödəmə-hesablaşma əməliyyatlarını əhatə edir. Statusuna görə valyutaları aşağıdakı növlər üzrə təsnifləşdirirlər:

 milli (ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş pul vahidi, buraxıldığı ölkənin ərazisində qanuni ödəmə vasitəsi);

 xarici (digər ölkələrin valyutalarında ifadə olunmuş əskinaslar, monetlər və tələblər, digər ölkələrin ərazilərində qanuni ödəmə vasitələri);

 beynəlxalq şərti (XİH);

 regional (avro);

 avrovalyuta (üçüncü ölkələrin hesablaşmalarında iştirak edən və emitent-ölkənin maliyyə orqanları tərəfindən nəzarət edilməyən valyutalar).

Özünün maddi-əşyavi formasına görə bütün valyutalar nağd və nağdsız valyutalara bölünürlər. Nağd valyutalar beynəlxalq hesablaşmalar zamanı real olaraq bir ölkədən digərinə aparılmalıdır, qorunmalıdır, saxlanmalıdır, yəni onun faktiki hərəkəti baş verməlidir. Nağdsız valyutalar isə beynəlxalq hesablaşmalar zamanı yalnız nominal olaraq hərəkət edirlər, onları bir bank hesabından digər ölkədəki bank hesabına köçürürlər.

Dünya valyuta sistemində bir sıra valyutalar rəsmi olaraq BVF tərəfindən verilən ehtiyat valyuta statusuna malikdirlər. Ehtiyat valyuta – beynəlxalq ödəmə və ehtiyat vasitəsi funksiyasını yerinə yetirən dönərli milli valyutadır. O, digər ölkələrin valyutalarının valyuta paritetlərinin və valyuta məzənnələrinin müəyyən edilməsi üçün baza rolunu oynayır. Ehtiyat valyutalardan valyuta müdaxilələrinin həyata keçirilməsi və dövlətlərin rəsmi qızıl-valyuta ehtiyatlarının formalaşdırılması üçün istifadə edirlər. Beləliklə, ehtiyat valyutaların əsas təyinatı beynəlxalq iqtisadi münasibətlərə xidmət göstərməkdir. Ölkələr ehtiyat valyutada özlərinin likvid aktivlərini saxlayırlar və bu aktivlərdən tədiyə balansının mənfi kəsirini örtmək üçün istifadə edirlər.

Məzənnə dinamikasından asılı olaraq valyutalar ―güclü və ―zəif‖ ola bilərlər. Güclü o valyuta hesab edilir ki, onun digər milli pul vahidlərinə nisbətən məzənnəsi uzun müddət ərzində ya artır, ya da sabitlik nümayiş etdirir. Digər valyutalara nisbətən məzənnəsi aşağı düşən valyuta isə zəif hesab edilir. Praktikada güclü valyutalar kimi əsasən sənayecə inkişaf etmiş ölkələrin milli pul vahidləri çıxış edirlər. Kifayət qədər inkişaf etməmiş iqtisadiyyata malik və ya qeyri-sabit iqtisadi meyl nümayiş etdirən ölkələrin valyutaları zəif valyutalar hesab edilirlər.

Dönərlilik üsuluna görə, yəni bu və ya digər valyutanın müxtəlif ölkələrin valyutalarına nə dərəcədə sərbəst mübadilə edilməsindən asılı olaraq aşağıdakı növ valyutaları fərqləndirirlər

1) sərbəst dönərli valyutalar (SDV). Bu valyutalar qeyri-məhdud daxili və xarici dönərliyə malikdirlər və valyuta ehtiyatlarının formalaşdırılması üçün istifadə edilə bilərlər. BVF tövsiyələrinə görə, bu cür valyutalar kimi ABŞ dollarını, avronu, ingilis funt-sterlinqini, isveçrə frankını, yapon ienasını göstərmək olar;

2) nisbətən dönərli valyutalar. Bu valyutalara valyuta məhdudiyyətləri tətbiq edilir və onlar bütün xarici valyutalara mübadilə edilmirlər;

3) qapalı (dönərli olmayan) valyutalar. Bu valyutalar ancaq bir ölkə çərçivəsində fəaliyyət göstərir və dünya valyuta bazarında digər valyutalara dəyişdirilmir.

Ümumilikdə isə valyutaların müxtəlif əlamətlərə görə təsnifi aşagıdakı Cədvəldə verilmişdir.




Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin