Valyuta məzənnələri formalarının təsnifi
Valyuta məzənnələrinin formaları
|
Xüsusiyyətləri
|
1. Fiksə edilmiş valyuta məzənnələri
|
valyuta məzənnələrinin əsasını təşkil edən və dövlət tərəfindən dəstəklənən rəsmi qeydiyyata alınmış paritetlərin olmasını nəzərdə tutur;
|
real fiksə edilmiş
|
qızıl paritetinə əsaslanır, ―qızıl nöqtələri‖ sərhəddində fərqlənir;
|
müqavilə əsasında fiksə edilmiş
|
aşağıdakılara əsaslanır:
1) razılaşdırılmış etalona;
2) qızılın şərti olaraq müəyyən edilmiş rəsmi qiymətinə;
3) bazar qiymətlərinin paritetlərdən fərqlənmə hədlərinin razılaşdırılmış həcminə.
|
2. Çevik valyuta məzənnələri
|
valyutaların rəsmi pariteti yoxdur;
|
- üzən (sərbəst dəyişən)
|
tələb və təklifdən asılı olaraq dəyişir;
|
- tərəddüd edən
|
tələb və təklifdən asılı olaraq dəyişir, lakin mərkəzi bankların valyuta müdaxilələri ilə korrektə edilir
|
Hesablama üsuluna görə, valyuta məzənnələri faktiki və paritet (müqayisə olunan ölkələrin valyutalarının alıcılıq qabiliyyəti paritetlərindən çıxış edilərək müəyyən edilən) olurlar. Paritet məzənnələr praktikada tez-tez real hesablama ilə üst-üstə düşmürlər, ondan bu və ya digər tərəfə fərqlənirlər. Paritet valyuta məzənnəsi aşağıdakı formulla hesablanır:
Burada n – müqayisə edilən əmtəə qruplarının sayı, P1 və P2 – müqayisə edilən ölkələrdə əmtəələrin qiymətləri, D1 və D2 –əmtəə qrupunun müqayisə edilən ölkələrin ÜDM-dəki xüsusi çəkisidir.
İnflyasiyanı nəzərə almaqla nominal (NM) və real (RM) məzənnələri fərqləndirmək lazımdır. Onlar bir-birlərindən müqayisə edilən ölkələrdəki qiymətlərin nisbətindən asılı olaraq fərqlənirlər:
Dostları ilə paylaş: |