Valyuta məzənnəsi müəyyən bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində və ya beynəlxalq hesablaşma valyuta vahidlərində ifadə edilmiş qiymətidir.
Valyuta məzənnəsi əmtəələrlə və sidmətlərlə beynəlxalq ticarət, kapitalın investisiya və kredit formasında hərəkəti, dünya əmtəə bazarlarında qiymətlərin müqayisə edilməsi, müxtəlif ölkələrin dəyər göstəricilərinin müqayisə edilməsi, firmaların, bankların, hökumətlərin, fiziki şəxslərin xarici valyutada olan hesablarının yenidən qiymətləndirilməsi zamanı valyutaların mübadilə nisbətlərinin müəyyənləşdirilməsi üçün zəruridir.
Valyuta məzənnəsinin əsasında (xüsusilə fiksə edilmiş rejim zamanı) valyuta pariteti durur. Valyuta pariteti qanuvericiliklə müəyyən edilmiş iki valyuta arasında olan nisbətdir. Avronun tətbiqinə qədər paritetlər Avropa valyuta sistemi ölkələrində aktiv surətdə istifadə edilirdi.
Qızıl-monet standartı zamanı valyuta məzənnəsinin əsasını qızıl pariteti, yəni iki valyutanın qızıl çəkilərinin nisbəti təşkil edirdi.
Praktikada valyutaların məzənnələri ancaq təsadüfi olaraq və qısa müddətə onların paritetləri ilə üst-üstə düşə bilər. Bu, tələb və təklifin tarazlığı zamanı baş verir. Qızıl standartı zamanı valyuta məzənnələri paritetdən yalnız ―qızıl nöqtələri‖ sərhədində, yəni ±1% həddində fərqlənə bilərdi. Çünki, qızılın göndərilməsi zamanı çəkilən xərclər heç vaxt onun dəyərinin 1%-ni keçmirdi. Qızılın demonetləşdirilməsi ilə valyutaların yeni dəyər etalonu kimi XİH çıxış etməyə başladı. Hazırda valyuta məzənnəsi təkcə onun qızıl məzmunundan deyil, həm də bir sıra digər amillərdən asılıdır:
valyutaların alıcılıq qabiliyyəti;
ölkənin makroiqtisadi göstəriciləri;
inflyasiyanın səviyyəsi və inflyasiya gözləntiləri;
ölkənin tədiyə balansının vəziyyəti;
valyuta siyasəti;
faiz dərəclərinin səviyyəsi;
beynəlxalq ödəmələrin güclənməsi və ya zəifləməsi;
valyuta bazarının konyukturası;
valyutaya etibarın dərəcəsi;
subyektiv amillər və s.
Hər bir valyuta sisteminin məxsusi valyuta məzənnəsi rejimi, valyuta məzənnəsinin müəyyən edilməsi və dəyişdirilməsi mexanizmi vardır. Müəyyən edilmiş rejimdən asılı olaraq valyuta məzənnələri formalarının təsnifi Cədvəl *.*-də verilmişdir.
Dostları ilə paylaş: |