5
Ticarətdən əldə olunmuş qazanclar
Dünyadakı bütün ölkələr istehsal etdikləri mal və əmtəələri ixrac edib, digər
ölkələrlə ticarət əlaqələri qurduqları zaman, bu ticarət münasibətləri həmin
ölkələrin hamısına fayda gətirir, ölkələr ticarətdən qazanc əldə edirlər. Ona görə
də, Beynəlxalq Ticarətin faydası və qazancları əslində insanların əksəriyyətinin
təsəvvür etdiyindən daha böyükdür, daha həcmlidir. Xüsusən də inkişaf etmiş
ölkələr rəqabətqabiliyyətli məhsul istehsal etmək iqtidarında olduqları üçün,
texnoloji inkişafa sahib olduqları üçün ticarətdən daha çox qazanc əldə edirlər.
Zəif inkişaf etmiş, zəif sənayeyə sahib ölkələr isə beynəlxalq ticarətin yaratdığı
rəqabətdən bəzən çəkinirlər. Çünki onlar düşünürlər ki, özlərinin istehsal etdikləri
məhsullar rəqabətqabiliyyətli olmadığı üçün yaxın və orta müddətdə bu onlara
əksinə ziyan vura bilər.
Bu kursun növbəti fəsillərində, mövzularında ölkələrin bir – birilə necə və
hansı şərtlərlə ticarət etdikləri təqdim olunur. Hazırda dünyada inkişaf etmiş
ölkələrlə inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələr arasında ticarətin həcmi
artmışdır və hətta inkişaf etməmiş ölkələr məhsul istehsalında inkişaf etmiş
ölkələrə uduzsalar da, onlar hamısı bugün ticarətdən qarşılıqlı fayda və qazanc
əldə edirlər. Ölkələrin hər biri özlərinin üstün olduğu sahələr üzrə ixtisaslaşırlar,
bu dar sahələrlə ticarət edirlər.
Mal və xidmətlərin ticarətindən başqa hazırda dünyada ölkələr arasında ən
çox yayılmış mübadilələrdən biri də istehsal faktorlarının hərəkətidir. Belə ki,
ölkələr birbaşa və dolayı yolla digər ölkələrə investisiyalar yatırırlar, bunun
qarşılığında yaxın və uzaq dönəmdə ticarətdən gəlirlər əldə edirlər. Xüsusən də
inkişaf etmiş ölkələr, güclü sənayeyə sahib ölkələr zəif inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələrə birbaşa və dolayı yolla investisiyalar yatıraraq, həm ucuz
6
işçi qüvvəsindən istifadə edirlər, həm də daha aşağı maliyyətlə istehsallarını
həyata keçirirlər.
İstehsal faktorlarının hərəkətinin digər əsas istiqamətlərindən biri də
beynəlxalq əməyin, işçi qüvvəsinin hərəkətidir. Zəif inkişaf etmiş ölkələrdən ucuz
işçi qüvvəsi və ya yüksək kvalifikasiyyaya sahib işçi qüvvəsi inkişaf etmiş ölkələrə
hərəkət edərək, beynəlxalq miqrasiyanı həyata keçirirlər. Ucuz işçi qüvvəsinin
hərəkətini həm təşviq edən, həm də qarşısını alan qanunlar mövcuddur. Ölkələrin
bəzi qismi xaricdən işçi qüvvəsi idxal etməkdə maraqlı olduğundan bu sahədəki
prosedurları daha da asanlaşdırıb, qanunları buna uyğun formalaşdırırlar.
Xüsusən də böyük həcmdə istehsala malik olan ölkələr daha az xərclə ucuz
istehsal həyata keçirmək məqsədilə bu cür strategiyaları həyata keçirirlər. Lakin
digər tərəfdən, öz daxilində böyük işçi qüvvəsinə sahib ölkələr xaricdən işçi
qüvvəsinin idxalında elə də maraqlı deyillər və bu qanunlarını da bu istiqamətdə
formalaşdırıb, xaricdən işçi qüvvəsinin həcmini azaldırlar, bəzən isə
məhdudlaşıdırırlar.
İstehsal faktorlarının beynəlxalq hərəkətinin digər mühim istiqamətlərindən
biri də texnologiyanın beynəxalq hərəkətidir. Texnologiya hazırda istehsalda
məhsuldarlığı artıran ən önəmli faktorlardan biridir. Beynəlxalq Ticarətin var
olduğu bütün sahələrdə demək olar ki, texnologiyanın çox böyük təsiri var.
Xüsusən də, Beynəxalq ticarətdə daşınma, rabitə, nəqliyyat və s. digər sahələrdə
texnologiya önəmli rola malikdir. Nəzərə alsaq ki, texnologiya əsasən inkişaf
etmiş və yüksək sənayeyə sahib ölkələrdə yaranır, o zaman görürük ki, həmin
ölkələr beynəlxalq rəqabətdə də üstünlüyə sahib olurlar. Zəif inkişaf etmiş və ya
inkişaf etməkdə olan ölkələr isə texnologiyanı inkişaf etmiş ölkələrdən transfer
etməklə istehsallarında məhsuldarlığı yüksəltməyi hədəfləyirlər. Texnologiya
transferi, texnologiyanın istehsalın önəmli faktoru olaraq beynəlxalq hərəkəti
məhz bu səbəbdən bugün qlobal iqtisadiyyatda çox önəmli rola sahibdir.
7
İnkişaf etmiş güclü ölkələrlə zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan
ölkələr arasındakı istehsal faktorlarının hərəkətini aid nümunələr və izahlar
təqdim etdik. Bundan başqa onu da qeyd etmək lazımdır ki, yüksək inkişaf etmiş
ölkələr digər yollarla da özlərindən zəif ölkələrə təsir etmə gücünə sahibdirlər.
Məsələn, ABŞ-ın faiz dərəcələrini yüksəltməsi nəticəsində digər ölkələrdən
investisiyalar ABŞ-a doğru hərəkət edir və bu investorların öz ölkələrində
investisiyaların həcminin azalmasına gətirib çıxarar.
Dostları ilə paylaş: