ticarət etməli olduqları ilə bağlıdır. Bilindiyi kimi, bəzi ölkələr proteksionist siyasət
yürüdürlər. Bu siyasətin əsas mahiyyəti ondan ibarətdir ki, proteksionist siyasət
yürüdüən ölkə müəyyən bir dövr üçün idxal məhsullarını məhdudlaşdırır,
9
əvəzində isə həmin məhsulların alternativinin ölkə daxilində isthesal edilməsini
təşviq edir.
Təbii ki, ticarətdən əldə olunan qazanclar beynəlxalq iqtisadiyyatın əsas nəzəri
konsepsiyalarından biridir. Lakin ölkələrin qarşılarına qoyduqları əsas
məsələlərdən biri da hansı həcmdə ticarət etməkdir. Hələ 16-cı əsrdə modern
dövlətlərin yaranmasına qədərki dövrdə dünyadakı ölkələrin əksəriyyəti
beynəlxalq rəqabətin onların daxili istehsallarına və daxili bazarlarına zərər
vuracağını düşünərək, idxalı məhdudlaşıdrırdılar. Lakin əsrlər keçdikcə bu
tendensiya dəyişməyə başladı.
İkinci dünya müharibəsindən sonra və xüsusilə də 1990-cı illərdən sonrakı
periodda artıq dünyada yeni iqtisadi münasibətlər yaranmağa başladı.
Qloballaşmanın da təsirindən artıq ölkələr daha çox beynəlxalq ticarətdə rol
almağa başladırlar. Bunun nəticəsində dünya bazarında rəqabət artan tendensiya
ilə davam etdi və nəticədə ölkələr daha çox istehsal etməyə, ölkələr daxilində
yeni kiçik, orta və böyük şirkətlər yaranmağa başladı. Bundan başqa ticarət və
gömrük birliklərinin yaranması, valyuta birliklərinin təsis edilməsi də beynəlxalq
ticarətin həcminin artmasında ən böyük səbəblərdən və önəmli faktorlardan
hesab olunur.
Ölkələr daha çox inkişaf etmək üçün, iqtisadiyyatlarını daha da böyütmək
üçün artıq ticarət həcmlərini artırırlar, sərbəst ticarətə daha çox önəm verirlər.
İqtisadi tarixin müəyyən dövrlərində proteksionizmin, müəyyən dövrlərində isə
sərbəst ticarətin daha öndə olduğunu görürük. İndiki dövrdə də ölkələr daha çox
azad ticarətə üstünlük verirlər. Təbii ki, müəyyən problemlər mövcuddur, lakin
əsas məsələ ondan ibarətdir ki, dünyadakı mövcud ölkələr ticarət üzərindən
müəyyən bir razılaşmaya, əməkdaşlığa sahibdirlər. Bu razılaşmalar və
əməkdaşlılaq çərçivəsində, ölkələr öz milli sənayelərinə və strategiyalarına uyğun
olaraq ticarətin həcmini müəyyən və təyin edirlər.
10
Bu barədə gələcək fəsildə və mövzuda daha ətraflı bilgilər təqdim olunacaq və
təhlil ediləcəkdir.
Dostları ilə paylaş: