Beynəlxalq İqtisadiyyat Təhmasib Əlizadə



Yüklə 130,5 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix02.01.2022
ölçüsü130,5 Kb.
#45585
1   2   3   4   5   6   7   8
1) Mühazirə 1

Ticarət modelləri 

 

Tarixən olaraq baxsaq, görürük ki, iqtisadçılar tarixin müxtəlif periodlarında 

ticarətlə bağlı yeni nəzəriyyələr təqdim etmiş, modellər hazırlamışlar. Xüsusən də 

şotlandiyalı  məhşur  iqtisadçı  Adam  Smitin  Mütləq  Üstünlüklər  nəzəriyyəsi,  daha 

sonra bu nəzəriyyəni təkmilləşdirən ingilis iqtisadçısı David Rikardonun Müqayisəli 

Üstünlüklər  nəzəriyyəsi  –  Rikardo  modeli,  Hekşer-Olin  modeli,  Yeni  Ticarət 

modeli,  Standart  Ticarət  modeli  və  s.  digər  modellər  beynəlxalq  ticarətin 

inkişafında  mühim  rola  sahibdirlər.  (Onu  da  qeyd  edək  ki,  növbəti  fəsilərdə  və 

mövzularda  bu  nəzəriyyələrə  ayrı-ayrılıqda  nəzər  yetirib,  təhlil  edəcəyik)  Lakin 

iqtisadçılar  bu  nəzəriyyələri,  modelləri  hazırlayarkən  dövlət  idarəçilərinin, 

strategiya hazırlayan siyasətçilərin bu modelləri, nəzəriyyələri necə realda tətbiq 

edəcəklərini  bilə  bilməzdilər.  Ona  görə  də  iqtisadçıların  hamısı  öz  dövrlərində 

təqdim  etdikləri  ticarət  modellərinin  və  nəzəriyyələrin  çox  doğru  və  bütünlüklə 

faydalı  olduğunu  düşünürdülər.  Lakin  zaman  keçdikcə,  dövrlər  və  iqtisadi 

situasiyalar  dəyişdikcə,  ticarət  modellərinin  də  daima  yenilənməsinə  ehtiyac 

yarandı. Xüsusən də dünyada iqtisadi vəziyyətin dəyişməsi, dünyanın xəritəsinin 

dəyişməsi  nəticəsində  ölkələrin  iqtisadi  güc  nisbətinin  daha  fərqli  hala  gəlməsi 



 

yeni  ticarət  modellərinə,  nəzəriyyələrə  ehtiyac  duymağa  başladı.  Kimin  kimlə 



ticarət  edəcəyi,  kimin  kimə  hansı  məhsulu  satacağı,  ticarətin  hansı  mal  və 

xidmətlər  üzərindən  aparlıcağı  ölkələrarası  ticarətin  və  iqtisadi  əlaqələrin  əsas 

sualları  olaraq  qarşıya  çıxdı  və  bugün  də  buna  davam  edir.  Beynəlxalq 

İqtisadiyyat  da,  iqtisadçılar  da  məhz  daima  bunu  araşdırırlar,  bu  dəyişən 

situasiyalara uyğun nəzəriyyələr, modellər hazırlayıb təqdim edirlər. 

Beynəlxalq  Ticarət  modellərinə  uyğun  olaraq  ölkələr  özlərinin  sahib 

olduqları təbii sərvətləri və ya üstün olduqları istehsal sahəsinin məhsullarını ixrac 

edib, digərlərini isə idxal edirlər.  

Məsələn iqlimi və təbii resurs vəziyyəti açıq 

şəkildə izah edir ki, niyə Azərbaycan neft, Türkiyə isə fındıq ixrac edirlər. (Və ya 

Braziliya  kofe,  Səudiyyə  Ərəbistanı  isə  neft  ixrac  edir)  Hazır  məhsul  ixracına  və 

ticarətinə nəzər yetirsək isə, görərik ki, Yaponiya avtomobil və texnika, ABŞ isə 

təyyarələr ixrac edir. Bunu ən birinci daha ətraflı izah edən və nəzəriyyəsini təklif 

edən iqtisadçı David Rikardodur. İngilis iqtisadçısı olan David Rikardo 19-cu əsrdə 

əmək  məhsularlığının  fərqliliyinə  əsaslanan  ticarət  modelini  təklif  etmişdir.  Bu 

nəzəriyyə Müqayisəli üstünlüklər nəzəriyyəsi və ya Rikardo Modeli adlanır. (qeyd. 

Mövzu  3-də  Texnoloji  fərqliliklər  və  ticarət:  Rikardo  modeli  mövzusunda  buna 

daha  ətraflı  baxacağıq.)  Bundan  sonra  da  yeni  nəzəriyyələr  və  modellər  təklif 

olunmuş,  beynəlxalq  ticarətə  təsir  edən  yeni  faktorlar  önə  çıxmışdır.  Bu  kursun 

növbəti mövzularında yeni modellər hamısı təhlil ediləcək və baxılacaqdır. 

 

 


Yüklə 130,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin