12
xarici valyutalardan istifadə edərkən əldə etdikləri qazancları və itikiləri öyrənmək,
valyuta məzənnələri və beynəlxalq əməliyyatları, beynəlxalq valyuta bazarının
strukturu və funksiyalarını, xarici valyuta aktivlərinə tələbi, beynəlxalq valyuta
bazarında tarazlığı, faiz dərəcələri və gözləntilərin valyuta məzənnələrinə təsirini
təqdim etməkdir.
Dünyadakı bütün ölkələr öz milli valyutalarına sahib olduqları üçün onlar digər
ölkələrlə ticarət etdikləri zaman xarici valyutanın milli valyutaya olan məzənnəsi
ölkələrin ticarətdən əldə etdiyi qazanclara və ümumilikdə ticarətə böyük təsir
göstərir. Dünyada hazırda ticarətdə ən çox istifadə olunan valyuta ABŞ dollarıdır.
Demək olarki bütün strateji sayıla biləcək mal və xidmətlər ABŞ dolları ilə ticarət
edilir. Lakin bundan başqa dünyada vahid valyuta birliyi yaradan ölkələr də var ki,
onlar bir-birilə ticarətdə öz ortaq valyutalarından istifadə edirlər. Məsələn, Avropa
Birliyinə 27 üzv ölkənin 18-in üzv olduğu AvroZona mövcuddur və bu ölkələrin
ortaq valyutası Avrodur. Bu valyuta ilk dəfə 1 Yanvar 1999-cu ildə təqdim
edilmişdir və müxtəlif dövrlərdə Avro həm dəyər qazanmış, həm də itirmişdir. Bu
dəyişən şərtlər AvroZona üzvü ölkələrinin beynəlxalq ticarətinə müsbət və mənfi
təsir göstərmişdir. Yəni dövlətlər öz monetar siyasətləri ilə milli valyutanın
məzənnəsini təyin edərkən ölkənin ticarətini, ölkəyə cəlb olunacaq xarici
investisiyaların həcmini, idxal-ixrac nisbətini və s. nəzərə alırlar. Milli valyutaların
məzənnəsi ölkənin ixracı və idxalında mühim rola sahibdir. Bu mövzu haqqında
növbəti fəsildə və mövzularda ətraflı izah təqdim olunacaqdır.