Tədiyyə balansı
Beynəlxalq İqtisadiyyat kursunun təqdim etdiyi növbəti istiqamət - Tədiyyə
balansıdır. Fəsil ümumilikdə
Milli hesablar sistemi və tədiyyə balansı adlanır.
Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric
formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı
beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata
daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir.
Tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə
apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat
sistemidir.
İnstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi
ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə
müəyyən edilir. Tədiyə balansı 4 hissədən ibarətdir:
1. Cari əməliyyatlar balansı;
2. Kapitalın və maliyyənin hərəkəti balansı;
3. Ehtiyat aktivlərin dəyişməsi və
4. Balanslaşdırıcı maddələr.
Dostları ilə paylaş: |