2
Beynəlxalq İqtisadiyyat kursunun predmeti və
vəzifələri
“Beynəlxalq İqtisadiyyat” kursunun əsas tədris edilmə məqsədi
istehsal faktorlarının, maliyyə aktivlərinin, məhsulların beynəlxalq
hərkətinin öyrənilməsi və mülahizələrin yürüdülməsi üçün təməl
bilgilərin təqdim edilməsi və açıq iqtisadiyyatlarda beynəlxalq
ticarət, ticarət siyasəti və monetar siyasətin öyrənilməsidir.
Bu kurs özündə ölkələr arasındakı iqtisadi əlaqələrdə tətbiq olunan
Mikroiqtisadi və Makroiqtisadi bilikləri cəmləşdirir. Kurs eyni zamanda Beynəlxalq
Ticarət və Beynəlxalq Maliyyə sahələrində analitik kurs hesab olunur. “Beynəlxalq
İqtisadiyyat” kursu iki bölmədən ibarətdir:
o Beynəlxalq Ticarət və Xarici Ticarət Siyasəti
o
Valyuta Məzənnələri və Beynəlxalq Makroiqtisadi Siyasət
Birinci bölmə Beynəlxalq Ticarətin mikroiqtisadi məsələlərini özündə ehtiva
edir, ölkələrin necə ticarət etdiyini, ticarətdən qazanclarını və itkilərini,
proteksionist siyasətin nəzəri və praktiki hissələrini öyrənir.
İkinci bölmə Beynəlxalq Maliyyənin və Makroiqtisadiyyatın əsas məslələrini
özündə ehtiva edir və valyuta bazarlarını, valyuta məzənnələrini, tənzimləmə
siyasətlərini, monetar və fiskal siyasəti və s. öyərnir.
Beynəlxalq İqtisadiyyat kursunun əsas vəzifələrindən biri ölkələr arasındakı
ticarət əlaqələrini öyrənmək, ticarət nəzəriyyələrinin müqayisəsini və izahını
təqdim etməkdir. Bugün dünyada ölkələrin hamısı bir-birilə sıx iqtisadi əlaqələr
qururlar, mal və xidmətlərin ticarətini həyata keçirirlər, bir-birinə məhsul ixrac
3
edib, bir-birindən məhsul idxal edirlər, tez-tez öz aralarında istehsal faktorlarının
ticarətini həyata keçirirlər. Və hər il bu ikili münasibətlər yeni mərhələlərə keçir və
ümumilikdə inkişaf edirlər.
Əgər ölkə olaraq analiz etsək, o zaman görərik ki, istifadə etdiyimiz
məhsulların, malların əksəriyyəti xarici ölkələrdə istehsal edilmiş və ölkəmizə idxal
edilmişdir. İstifadə etdiyimiz məhsulların bəziləri isə yerli istehsal məhsulları
olsalar da, onların da əksəriyyətinin tərkibində bəzi elementlər var ki, onlar
xaricdən idxal hesabına alınır və istehsalda istifadə olunurlar. Bütün bunlar ölkələr
arasında ticarətin mövcud vəziyyətini əks etdirir. Bəllidir ki, 1980-ci illərin
sonlarından başlayaraq, artıq dünyada qloballaşma prossesi aktiv fəaliyyət
almışdır. Qloballaşma nəticəsində ölkələr artıq bir-birilə daha çox ticarət əlaqələri
qururlar, böyük şirkətlər istehsallarını və ticarət həcmlərini ildən ilə artırırlar.
Beynəlxalq Ticarət kursu ümumilikdə dünya iqtisadiyyatındakı beynəlxalq
ticarət münasibətlərinin nəzəriyyələrini, modelləri, mövcud vəziyyətini, beynəlxalq
maliyyə münasibətlərini, dünyadakı valyuta bazarlarını, valyuta məzənnələrini,
tənzimləmə siyasətlərini, monetar və fiskal siyasəti və s. öyərnir.
Hazırda dünyada mövcud olan ölkələrin mütləq əksəriyyəti bir-birindən
fərqli olsalar da, müxtəlif iqtisadi gücə, quruluşa, müxtəlif inkişaf səviyyələrinə
sahib olsalar da, bu ölkələrin böyük qismi bir-birilə daima yaxın əlaqədə, strateji
əməkdaşlıqdadırlar. Beynəlxalq İqtisadiyyat kursu dünyadakı ölkələrin bir-birilə
arasında olan iqtisadi əlaqələri öyrənir, tətqiq edir. Yəni ki, Beynəlxalq
İqtisadiyyat kursunun əsas vəzifəsi, dünyanın müstəqil ölkələri arasındakı bütün
iqtisadi əlaqələri araşdırmaq və öyrənməkdir.
Beynəlxalq iqtisadiyyatda hazırda iqtisadi əlaqələrin əsas təməli də məhz
mal və xidmətlərin mübadiləsi və ticarətidir. Məhsulların mübadiləsi çox qədim
zamanlardan bu yana aparılasa da, bugün artıq texnologiyanın inkişafı, daşınma,
çatdırılma və digər bu kimi xidmətlərin inkişaf etməsi, ölkələr arasında gömrük
4
birliklərinin qurulması və gömrük tariflərinin aşağı endirilməsi, ikitərəfli və
çoxtərəfli ticarət müqavilələrinin imzalanması mal və xidmət transferini, ticarətini
sürətləndirmişdir. Xüsusilə də son 50-60 ildə dünya ticarət həcmi dünyanın
ümumi istehsalından daha sürətlə artmağa başlamışdır.
Qeyd etdiyimiz son 50-60 ildə ticarətin həcminin artmasından başqa, digər
mühim bir dəyişiklik isə məhsul ticarəti ilə bərabər dünyada xidmət sferasının
inkişafı və xidmətlərin ticarətinin artmasıdır. Xidmətlər də mal və əmtəələr kimi
insanların tələbatını ödəmək məqsədi ilə ixrac və idxal edilir. Hazırda mal və
xidmətlərin ticarəti birgə qeyd edilir, həyata keçirilir. Lakin mal və əmtəə ticarəti
yenə də xüsusi bir önəmə sahibdir dünyada. Ona görə də ölkələrin digər xarici
ölkələrlə mal və əmtəə ticarətini əhatə edən fəaliyyətlərə “xarici ticarət” (foreign
trade) adı verilir. Xarici ticarət əsasən mal və əmtəələrin beynəlxalq ticarətini
əhatə edir.
Beynəlxalq İqtisadiyyat kursunun öyrənmə obyektləri və vəzifələrini
qruplaşdırsaq, o zaman biz 7 əsas öyrənmə hədəfini müəyyən etmiş olarıq. Biz
bu kurs ərzində aşağıdakı istiqamətlər üzrə qruplaşdırıb, onları ayrı-ayırılıqda
təqdim edəcəyik:
Dostları ilə paylaş: