Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   6   7   8   9   10   11   12   13   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

1.4.1.2. Əlçatan olması 
Çatdırılma ünsürü, turistləri turizm bölgələrinə və turizm müəssisələrinə asand bir 
şəkildə çatdırılmasına yönəlmiş fəaliyyətdir. Əgər turizm mərkəzi cəlbedicidirsə və ya 
hər hansı rahatlığa maliksə ancaq hava, su, dəmiryolu və avtomobil yolları yetərsizsə 
turizm məhsullarının turistlərə təqdimatında çətinliklər yaranacaqdır. Çatdırılmanın 
mükəmməlliyi o zaman əsas olar ki, gediləcək turizm mərkəzinə yaxınlıq və az maliyyə 
resursları ilə gedib çatmaqdır. Bir sözlə turizm məhsulunun çatdırılması, onun rahat və 
maliyyə baxımından əlverişliliyinə bağlıdır [7,səh.128].  
1.4.1.3. Turizm müəssiələri
Turizm müəssisələri içərisində ilk sırada nəqliyyat müəssisələri gəlir. Müasir 
dövrdə üç formada nəqliyyat müəssisəsi yer tutmaqdadır:quru, hava, su və dəmir yolu 
ilə edilən səyahət formaları. 
İkinci sırada, yerləşdirmə müəssisələrini göstərmək olar. Turizm fəaliyyətinə 
qoşulan insanlara etibarlı yerləşmə ilə yanaşı, konfort, istirahət, yemək - içmək
əyləncə kimi xidmətləri göstərən yerləşdirmə müəssisləri və bununla yanaşı otel, 
motel, pansionat, dağ otel və s ayrılmaqdadır. 
Üçüncü sıraya qidalanma müəssisələri aiddir. Müəssisəyə gələn qonaqların qida 
ehtiyyatını ödəyən yerlərdir. Öz növbəsində bu tipli müəssisələr qidalanma obyektləri, 
sürətli qida təqdim edən yerlər, kafelər, gecə klubları və s kimi sinifləndirilə bilər. 


17 
Dördüncü, turoperator və turargentlər turizm paketi hazırlayaraq turistlərə təqdim 
edirlər. 
Digər turizm müəssisələrinə aiddir, rekreasiya mərkəzləri, hədiyyəlik əşya satan 
mağazalar, sərgi və konfrans xidməti təqdim edən yerlər və s yerlər aiddir 
[7,səh.129]. 
1.4.1.4. Fəaliyyətlər 
Fəaliyyətlər, bu ünsürə festival, sərgi, konqres, karnaval, idman proqramları, bayram 
və şənliklər aiddir. Dünya miqyasında önəmli olan sərgi, konqress, beynəlxalq 
festivallar böyük miqdarda turizm tələbi yaradan fəaliyyət ünsürü arasında yer 
almaqdadır. Bu anlayışa əsasən dünya kuboku, qış və yaz olimpiya oyunları və digər 
yerli, beynəlxalq idman müsabiqələri diqqət mərkəzində olan turizm fəaliyyətləri 
növlərinə aiddir. Fəaliyyətlər yerli, regional, ölkə üzrə və beynəlxalq növləri üzrə 
siniflərə bölünürlər [7,səh.129]. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin