38
Nəticə olaraq turizmdə və turizm markalaşmasında müvəffəqiyyətli olmaq üçün
aşağıdakılar gərəkməkdədir:
Bazarları yaxşı tanımaq
Müştəriləri izləmək
Bütün sektorla işbirliyi etmək [29, səh 43].
2.4. Destinasiya brendi
Destinasiya brendləşməsi həm rəqabət şərtlərinə görə, həm də dəyişən istehlakçı
istəkləri səbəbi ilə önəmli bir anlayış halına gəlmişdir. Məhsul və xidmət kimi
destinasiyalar da dəvam etdirilə bilən rəqabət üstünlüyü yaratmalı və rəqabətçi rolunda
oynamalıdır [33, səh 42].
Destinasiya brendləşməsinə görə Ritchie (2005) tərəfindən
edilən destinasiya
brendləşməsi;
Bir destinasiya mərkəzini asandlıqla tanıdan və fərqləndirən bir ad, simvol, loqo,
söz və ya qrafikin yaradılmasıdır
Konkret destinasiya mərkəzi ilə əlaqələndirilən,
unudulmaz səyahət təcrübəsi
yaradır
Turist ilə destinasiya arasında duyğusal əlaqəni gücləndirir
İstehlakçı üçün araşdırma və riski azaldan marketinq bütünüdür [33, səh 44].
2.4.1. Destinasiya brend imici
Müasir dövrdə ölkələr və bölgələr böyük səylər göstərərək və böyük miqdarda
vəsait sərf edərək turistlərin baş çəkəcəkləri destinasiya mərkəzi olmaq üçün çalışırlar.
Ancaq bu destinasiyalar eyni səviyyəli deyildirlər bəzisi bir çox üstünlüyə sahibkən
digərləri isə üstün olmayan xüsusiyyətlərə malikdirlər.
Burada önəmli olan bir
39
destinasiyanın nə qədər resursa sahib olması və onlardan istifadə etmək
qabiliyyətlərinin olmasıdır [31, səh 42].
Marketinqdə tez – tez istifadə edilən brend imici
müəssisənin cəmiyyətə qəbul
etdirməyə çalışdığı vasitədir [34, səh 44].
Turistlərin bir destinasiyanı qəbul etmələrində destinasiya marka imici böyük rol
oynamaqdadır. Dolayısı ilə ölkələr və bölgələr güclü bir destinasiya imic yaratmağa
çalışırlar çünki güclü imic destinasiya seçimində önəmli rol oynayır. Güclü bir brend
imici olan destinasiya aşağıdakı
xüsusiyyətlərə malikdir; Bazara çıxarılan normal
məhsullardan daha baha qiymətə və mənfəətə sahib olacaqdır:
1. Özünü rəqiblərdən rahatca fərqləndirə biləcəkdir
2. Potansial müştəriləri hərəkətə keçirən güvənilən referans olacaqdır
3. Təkrar ziyarət sayını artırma və bağımlılıq fürsətləri dəyərləndirilə
bilər
4. Bir turist məhsulu olmaqdan daha çox turizm bölgəsi olmaq şansına malik
olmaqdır [16, səh 26].
Bu səbəblə destinasiya
marketinq rəhbərləri, özlərinə xas imic və mesaj
seçməlidirlər. Yaradılacaq imic və mesajın destinasiya
şərtlərinə uyğun ancaq
bazardakı rəqiblərdən fərqləndirilməlidir. Çünki, bir destinasiyanı ziyarət edən zaman
və ya məhsulu satın alanda imic və mesaj amilləri ortaya girər [19, səh 42].
Dostları ilə paylaş: