Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


 Destinasiyanın keyfiyyəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   16   17   18   19   20   21   22   23   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

2.4.5. Destinasiyanın keyfiyyəti 
Destinasiya keyfiyyəti, satın alma səbəbi yaradaraq, məhsulu fərqliləşdirərək, 
qiymətə təsir edərək məhsul üçün dəyər yaradir. Aaker (1990) destinasiya 
keyfiyyətinin iki formada ifadə etmişdir. Bunlara məhsul keyfiyyəti və xidmət 
keyfiyyəti aiddir. Məhsul keyfiyyətinə; performans, xüsusiyyət, güvənirlik, 
dayanıqlılıq, əlverişlilik və adaptasiya. Xidmət keyfiyyətinə isə; gözlə görünməyən 
xüsusiyyətlər olan güvənirlik, bacarıqlılıq, hissiyat və s. aiddir [37,səh 66]. 
Destinasiya brendinin ünsürləri: 

Destinasiyanı turistlər üçün cəlbedici bir hala gətirmək; özünəməxsus, digər 
destinasiyalarda olmayan, yeri doldurula bilməyən xüsusiyyətlərə əsasən
bazarda bir yer əldə etməyi və bunu həyata keçirən zaman cəmiyyətin mədəni 
dəyərlərinə hörmət etməyi tələb edir; 

Güclü destinasiya brendləri potensial turistlər üçün duyğusal məna, gözlənti və 
prestij ünsürü daşımaqdadır; 


42 

Brendlər, yaradılan funksional və duyğusal dəyərləri ilə onların müştərlər 
tərəfindən anlaşılma formasını əks etdirən bir cəm olaraq formalaşdırılmalıdır; 

Destinasiya brendləşməsi, pozitiv imic yaratmağa yönəlmiş ad, simvol, loqo, 
dizayn, sloqan, rəng, memarlıq – mədəni miras, dil, əfsanələr kimi kombinasiya 
olaraq əmələ gəlməkdədir [32,səh 46]. 
Destinasiya brendləşməsinin üstünlükləri: 

Brendlər, məhsulları fərqləndirmək, inancları hərəkətə gətirmək, duyğuları 
oyandırmaq və hərəkətə gətirmək gücünə malikdir. Güclü ölkə brendi təkcə 
turistləri deyil həmçinin, gəliri də ölkəyə gətiməkdədir 

Brend, rəqabət əhatəsində bir məhsulu fərqləndirər 

Destinasiya brendləri, destinasiya imici ilə istehlakçıların öz imicləri və ya 
istehlakçı ehtiyacları, markanın simvolik və funksional xüsusiyyətləri ilə əlaqə 
yaratmaqdadır [32,səh 47]. 
Destinasiya brendləşməsinin çətin tərəfləri: 

Turizm sənayesi digər sənayə növlərindən fərqlidir. Turizm bir çox sektor və 
quruluş üçün ortaq bir məqsədə əsasən xidmət verdiyi bir sahədir. Bu səbəblə 
hərbhansı bir məhsulu brendləşdirmək ilə bir destinasiyanın brendləşməsi 
arasında fərqlər vardır 

Bir ölkənin imicini dəyişdirmək digər məhsullara görə olduqca çətindir. Misal 
üçün, bir destinasiyanın yaratdığı mənfi imici insanların düşüncəsindən silmək 
çətindir. Bir ölkə və ya şəhərin adını dəyişə bilməssiz [32,səh 48]. 
Destinasiya brendləməsində müvəffəqiyyət şərtləri: 

Rəqabət yeri ilə əlaqədə olmaqdır 

Brendin destinasiyanın fiziki, tarixi potensialı ilə uyğunluğu 


43 

Dəqiq müəyyən olunmuş hədəf kütləyə cəmlənmə 

Destinasiyanın inkişafının dəstəklənməsi 
Destinasiya brendləşməsinin mərhələləri: 

Güclü brendin dayağı olabiləcək cəlb olunan yerlərin tanıtımı 

Bəsit, cəlbedici, inam verici, fərqləndirici imici yaratmaq 

Cəlbedici sloqan 

Mədəni obyektlər və ya işarələr ( Big Ben binası, Eiffel qülləsi və b). 

Xüsusi hadisələr və fəaliyyətlər (Wimbledon Tenis yarışı və s). 
Nəticə olaraq; 

Brend anlayışı, bir destinasiyaya keyfiyyəti və inam və ya güvən kimi dəyərlər 
verməklə eyni vaxtında müştərilərlə müsbət münasibət quraraq marka sədaqəti 
yaratmalıdır 

Həm turizm tələbi , həm də turizm təklifi baxımından turistlərə yönəlmiş 
araşdırmalar edilməlidir 

Dövlət və özəl sektor olmaqla, turizmlə əlaqəli bütün sektor, qurumlar daima 
ünsiyyət şəkilində olmalı, təbliğat , təşviq planları hazırlamalı və birgə 
strategiyalar müəyyən olunmalıdır [32,səh 49]. 
Brend dəyərini yaradan amillər: 

Brend dinamik məvhumdur. Bir destinasiya mərkəzi yay turizimi üzrə 
ixtisaslaşırsa, mədəniyyət turizm üzrə də formalaşa bilər 

Bir destinasiyanın brend olmasında turist təcrübəsi çox önəmlidir çünki 
səyahətdən sonra cəmiyyətə verilən müsbət fikirlər potensial istehlakçıların 
destinasiyaya yönəlməsində əhəmiyyətli rol oynayır 

Turist destinasiyasının dəyəri ilə keyfiyyəti arasında əlaqə mövcuddur. Ucuz 


44 
destinasiyalar keyfiyyət baxımından problem yaradır. Qiymət xidmətə uyğun 
olmalıdır 

Brendin dəyərinə, həmçinin ölkənin adı da təsir edir. Mənfi imicli ölkələrin öz 
adlarına dəyər əlavə etməkləri digərlərinə nisbətən daha çətindir 

Çox zaman turistlər öz təcrübə etmədikləri yerlərə yönələrlər, başqa 
mədəniyyətləri görmək üçün həmin yerlərə səyahət edərlər. Bir destinasiyanın 
turistlərə özlərini evlərindəki kimi hiss etmələri təəssüratını yaratması 
destinasiyanın cəlbediciliyini azaltmaqdadır 

Turist destinasiyadan məmnun ayrılmalı, bunun nəticəsində turistlə destinasiya 
arasında müştəri sədaqəti yaradılmalıdır ( Dr. William Gartner – Minnesota 
Universiteti , ABŞ). 
Kiçik şəhərlərin markalaşmasında 5 vacib ünsür göstərilir: 
William Baker – Oregon ABŞ 
Destinasiya markas: olmaq gedilən, gediləcək yer barəsində müşdərinin düşüncəsində 
yaranan anlama, düşüncə və duyğusudur 
Destinasiya markalaşması: destinasiyanın turistlərə yaradacağı imkanlar nəticəsində 
ortaya çıxan təcrübələrin və tanıtım zamanı hədəf kütləsinə verilən mesaj ilə birləşən 
prinsipləri bütünüdür 
Destinasiya markası: xidmət keyfiyyəti, tanıtım fəaliyyəti (William Baker – Oregon 
ABŞ). 

Marka verilmiş sözdür: müvəffəqiyyətli brendləşmə müddəti, tanıtım zamanı 
hədəf kütləsinə verilən söz və sözün yerinə yetirilməsidir 

Vəəd yönəlmiş marka idarəedilməsi 

Markanı yaratma strategiyası: markalaşma strategiyası sektorla əlaqəli bütün 


45 
qurumlar tərəfindən yaradılmalı və dəstəklənməlidir 

Dəyişimə yönəlmiş qanunları həyata keçirməkdir: Markalaşma müddəti elastik 
olmalı, təzə sistem, investisiya, müddət və xüsusiyyətləri tam həyata keçirilməli 

İnternetdən daha səmərəli istifadə etməkdir: internetin bütün dünyada yayılması, 
saytlarında yazılan şərhlər, bloqlar və s istifadəsidir. Dolayı yolla bütün dünyada 
geniş istifadə edilən internet səhifələri önəmli tanıtım sahəsinə çevrilmişdir 
[32,səh 50]. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin