Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


 Brendin əhəmiyyəti və funksiyaları



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   13   14   15   16   17   18   19   20   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

2.2. Brendin əhəmiyyəti və funksiyaları 
Müasir dövrdə güclü rəqabət şəraitində müştəriləri məmnun etmək, ehtiyaclarına 
cavab vermək, onların seçimlərini yönləndirmək olduqca çətindir. İstehsalçılar üçün 
təməl hədəf marka yaratmaq və müştəriləri güclü marka yaradılması üçün cəlb 


32 
etməkdir. Digər bir tərəfdən marka, müştərilərə fayda vermək, xüsusiyyət və 
xidmətlərin daimi olaraq təqdim edilməsi barəsində vəd verməkdən ibarətdir [22,səh 
12]. 
Brendlərin firmalar baxımından faydaları; 

Firma və məhsul imicinin yaradılmasında, tələb yaratmaqda əhəmiyyətlidir 

Marka firmanın rəqabət gücünü və satışları artırır 

Güclü bir marka rəqiblərindən ayrı bir qiymət strategiyası tətbiq edər 

Marka yaradılarkən qanuni ad alar və marka rəhbəri üçün bazarda etibarnamə 
rolunu oynayar [18,səh 22]. 
Markanın istehlakçılar baxımından faydası; 

Müştərilərə məhsul barəsində məlumat verir 

İstehlakçılara keyfiyyət qarantiyası verir 

Məhsulun digər məhsullardan fərqləndirər 

Bend olan bir məhsul, istehlakçıya satış qarantiyası kimi xidmətlərin məhsulu 
alandan sonrada dəvam edəcəyini bildirər 

İstehlakçıya qorunma imkanı yaradar 

İstehlakçıların məhsulu istifadə edərkən öz xarakterlərinin formalaşdırılmasına 
imkan verər 

Brend uğursuzluğunda istehlakçıların təqsirkarı tapmağa imkan verər [18,səh 
23]. 
2.3. Turizmdə brendin rolu 
Müasir dövrümüzdə turizm sənayesi sürətli şəkildə inkişaf edən iqtisadiyyatın 
sahəsidir. Bu sahədə robotlaşmanın az olması səbəbindən iki yüz milyondan artıq işçi 
işləyir. Digər tərəfdən ölkənin iqtisadiyyatına əlavə gəlir gətirdiyindən bölgələrin və 


33 
turizm destinasiyasına sahib olan yerlərin inkişaf etdirilməsi, turizmə qazandırılması 
üçün bir çox üsuldan istifadə edilir. Bu üsullardan ən önəmlisi brend amilidir [31,səh 
22]. 
Turizm mədəni – sosial, iqtisadi baxımdan bir məhvumdur. Turizm sektorunun 
artımı ilə əlaqədar olaraq turist tələbi və təklifində gün keçdikcə dəyişiklikləri 
olmuşdur. Bununla əlaqədar olaraq istehlakçıların gedəcəkləri ölkə, şəhər və 
müəssisələrin haqqında məlumat toplamaya və hər bir keçən gün daha da seçici olmağa 
başlamışlar. Bütün bunlar nəticədə ölkələr, bölgələri, şəhər və müəssisələr baxımından 
güclü rəqabət şəraitinin formalaşmasına səbəb olmuşdur. Bunun nəticəsində 
məhsullarını digər məhsullardan fərqləndirən ölkələr, bölgələr, şəhər, müəssisələr 
destinasiya markalamasına ayrılmaz bir ünsür kimi baxmağa başlamışlardır [30,səh 
46]. 
Turizmdə brendləmənin önəmli edən səbəblər vardır. Bunlara aiddir: 

İstehlakçılar üçün, istifadə etdikləri turist brend məhsulları üçün, onlara 
göstərilən servis məmnuniyyəti baxımından güvən, etibar duyğusu yaranır

Brendləmə, performans, sosial, psixoloji, iqtisadi baxımından risk azaldır. Qeyd 
edilən səbəblə brend olan bir xidməti satın alarkən müştəri daha aşağı faiz risklə 
rastlaşacağına əmin olar 

Markalama bölümləndirməni asandlaşdıran fərqləndirmə məvhumunu 
vurğulayar. Bu da birdən çox bazar bölməsinə girməyi asandlaşdırar. 

Markalama, həmçinin istehlakçının imicini bütöv bir şəkildə təqdim etmək üçün 
destinasiyadakı istehsalçının motivasiya, komanda işini həyata keçirən bir 
mərkəz olaraq görülməkdədir [31,səh 56]. 
Brend anlayışı, canlı aləm kimidir, hansı ki, yaranar, inkişaf edər və öz varlığını 
itirə bilər. Bu səbəb etibarilə daima yenilənib tanıdılmalıdır. Turizm brendinin təbliğat 
müddətində hədəf kütləyə yönəlmiş, onların diqqətini cəlb edəcək fərqli yollardan və 


34 
şüarlardan istifadə etmək lazımdır. Digər bir tərəfdən yenə hədəflənmiş kütləyə verilən 
mesajlarda “siz qiymətlisiniz” şüarı mütləq vurğulanmalıdır. İllərdir istifadə olunan 
üsullardan biri olan çox sayda büdcə xərcləyərək kütləni cəlb etmək hec də uğurlu 
vasitə olmamışdır. Bir sözlə əgər destinasiyanın bazara təqdim ediləcək və ya 
tanıdılacaq üsusiyyətləri mövcuddursa onda turizm destinasiyasıkimi araşdırılmalıdır. 
Ümumiyyətlə brend anlayışı önəmlidir, ona görə ki, infliyasiya müddəti müəssisə üçün 
daha az itki yaradılmasına kömək edir [29, səh 44]. 
Bir destinasiyanın və ya xidmətin təbliğatı zamanı məşhurlardan istifadə hədəf 
kütlənin üzərində böyük təsirə malikdir. Məsələn, Palma - da açılan ‘‘Palma Arena’’ 
idman kompleksinin açılışı zamanı iri məbləğ pul xərclənilmiş və tanınmış tenisçi 
Nadal və Federer arasındakı açılış oyunu həyata keçirilmişdir. Həmin oyun mediyada 
böyük rəğbət qazanaraq və istehlakçıların diqqətini cəlb etmişdir. Digər bir tərəfdən 
2009 – cu il Türkiyənin Antalya şəhərində göstərişli Mardan Palace mehmanxanasının 
açılışı vaxtı Monica Bellucci, Richard Gere, Mariah Carey, Sharon Stone kimi 
Hollywood ulduzlarının dəvət olunması tikilinin kütlə tərəfindən rəğbətinə səbəb 
olmuşdur [11]. 
Digər bir tərəfdən yayımlanan tanınmış kinolar vasitəsilə də destinasiya yerlərinin 
təbliğatı məqsədəuyğundur çünki insanlar bir çox zaman izlədikləri filimlərdəki 
yerlərə getməyi çox xoşlayırlar. Məsələn, “ Üzüklərin hökmdarı “ filminin Yeni 
Zelandiyanın tanıdılmasında böyük rolu vardır [29, səh 47]. 
Digər bir yandan ölkəmiz əsasnda misal çəksək “Briliyant Əl ” kinosunu göstərmək 
olar. Bu məşhur televizorunda işində ən məşhur "Çort poberi" ifadəsinin yer aldığı 
hissəsi məhz Azərbaycanın paytaxtında çəkilib. "Brilliant əl" SSRİ dövründə birləşmiş 
bütün xalqların ürəyini fəth etmiş bir filmdir. Turizm destinasiyası kimi həm Bakı 
şəhərinin, həm də İçərişəhər üçün keçmiş SSRİ dövlətləri baxımından hələdə maraq 
doğurmaqdadır [12]. 


35 
İnsanların diqqətini cəlb edəcək rəvayətlərin tanıtımda istifadə edilməsi çox təsir 
edən vasitələrdən biridir. Məsələn Van Qok - un qulağını kəsdiyi yerin destinasya kimi 
istifadə edilməsi onun şəkillərini ticarət məqsədli istifadəsindən daha da asanddır. 
Ölkəmiz baxımından misal gətirsək, İşərişəhərin ürəyi hesab edilən Qız Qalası 
tarixində, keçmişində böyük rol oynayan onun adı ilə bağlı əfsanələr onun turizm 
məqsədli destinasiya baxımından əhəmiyyətli etmiş və turistlərin marağına səbəb 
olmuşdur [29, səh 36]. 
Reklam fəaliyyətləri destinasiya üçün aydın bir şəkildə gedin və baxın mesajını 
verdiyi halda, PR fəaliyyətlərində gizli bir güc o destinasiyanı gedib görməyinizin 
vacibliyi hissini oyandırır.
Ticarət xarakterli reklam dönəmi təsirini itirməkdədir yerini isə reklam olduğu hiss 
edilməyən reklam formaları almışdır. Məsələn, çoxlu kütləni ekrana çəkəcək filmin öz 
ölkəmizdə çəkilməsini həyata keçirmək və onun üçün önəmli mədəni – təşkilati tədbir 
düzənləmək ( Cannes Film Festivalı, Venesiya Film festivalı və s.) və tədbirin 
beynəlxalq hadisələrə (Paris, London, Milano moda həftəsi və başqa) ev sahibliyi 
etməsi üçün imkanlar yaratmaqdır [29, səh 37]. 
Qeyd etmək lazımdır ki, əhalini destinasiyalara getməyə sövq edən vasitə onların 
gözəl olmalarından savayı, tanınmış olmaları önəmlidir. Məsələn, Paris – Eiffel 
Qülləsi, Moulin Rouge, İtaliya – Venesiya. Turizm sadəcə dinlənmək üçün yox 
insanların öz ölkələrinə qayıdan vaxt anlatacaq bir maraqlı sərgüzəştlərinin olmasıdır 
[29, səh 39]. 
Tanıtım zamanı əlaqənin müxtəlif formaları istifadə edilməlidir:

Mediyada yer almaq; 

Mədəni və idman tədbirlərinə ev sahibi olmaq; 

Məşhur festival və muzeyləri təqdimatında istifadə etmək; 


36 

Gecə yaşamı və əyləncə dünyasını tanıtımda istifadə etmək; 

Məşhur restoranları, əyləncə yerlərini istifadəsi [29, səh 40]. 
Destinasiya üçün stratejik brend analizi, analizin idarə edilməsi olduqca önəmlidir. 
Destinasiya analizi edilməli, rəqiblərin bazardakı vəziyyəti dəyərləndirilməli, hədəf 
kütlənin profili və yönləri geniş bir şəkildə çıxarılmalıdır. 
Destinasiya analizi, destinasiyanın bir məhsul, xidmət və təcrübə olaraq, simvol 
kimi, faydaları və münasibətləri ilə birlikdə analiz edilməsidir. 
Destinasiyanın brendləşmə müddətində diqqət edilməsi gərəkən ünsürlər: 

Markalaşma üçün marketinq əlaqəsi strategiyası yaradılmalıdır 

Müştəriyə yönəlmiş anlayış mənimsənilməli və küçük qrupa yönəlmiş marketiq 
strategiyası tətbiq edilməlidir 

İlk öncə mövcud destinasyanın ən güclü tərəfləri ortaya cıxarılmalı və ona 
əsasən müəyyən bir turist kütləsi əldə edilib bazarda gücləndikdən sonra 
destinasiyanın alternativ tərəfləri araşdırılıb bazara çıxarılmalıdır. Məsələn, 
1970 – ci illərdə İspaniyaya gələn turistlərin 85% - inin dəniz – qum – günəş 
üçün bu ölkəyə üstünlük verildiyi müəyyən olunmuş və o dövrlərdə tarix
mədəniyyət kimi digər ünsürlər diqqətdən kənar qalmışlardır. Tanıtım 
fəaliyyətlərində sadəcə olaraq İspaniya sahillərinə və adalara yer verilməyə 
başlamışdır. Bu yolla müəyyən bir turizm bazarı əldə edildikdən sonra 
İspaniyada daha sonra alternativ turizm növlərindən istifadə edilərək destinasiya 
tanıtımı və brendləşməyə yönəlmişdir. Bu mərhələdə, Flaminqo, Öküz 
döyüşləri, festivallar, tarix, qastronomiya kimi ünsürlər ilə İspaniya mədəniyyəti 
ön plana çıxarılmışdır. 


37 

Birinci növbədə destinasiyada turist məmnuniyyəti ön plana çıxarılmalıdır. 
Çünki yaxşı bir istirahət keçirmiş turistin təcrübəsi istənilən imicdən daha 
vacibdir 

Yeni mediya texnologiya innovasiyalarından istifadə edilməlidir 

Beynəlxalq aləmdəki inkişaf və istehlakçı fəaliyyətindəki dəyişikliklər 
izlənilməlidir 

Qloballaşmanın nəticəsində Google kimi axtarış vasitələrinin möcudluğu və 
kredit kartlarının həyatı asandlaşdırması nəticəsində geniş şəkildə bu kimi 
vasitələrdən istifadə olunur. Tanıtım strategiyaları və kompaniyalar yaradılarkən 
bu kimi yeniliklər nəzərə alınmalıdır 

Bütün dünyada (xüsusilə ABŞ – da) insanların əyləncəyə ayırdığı büdcə 
artmaqdadır. Dolayısı ilə əyləncə mesajlı və ya bunun kimi tanıtım 
kompaniyaları əhəmiyyət qazanmaqdadır[29, səh 42]. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin