27
digər tərəfdən turistləri cəlb edən başqa amillərə dəstək verən bir vasitə kimi düşünülə
bilər. Alış veriş ilə turistləri cəlb edən teizm destinasiyası Dubayı misal göstərmək olar.
Əyləncə baxımından fərqli və müxtəlif əyləncə məkanlarına
ev sahibliyi edən Las
Vegas misal göstərilə bilər. Fransada dünya markalarının demək olar ki hamısının
mövcud olması , çoxlu mağaza və alış – veriş mərkəzlərinin olmasına gətirib çıxardır.
Həmçinin, İtaliyada Milanodakı mağazaların çeşidliliyi turistləri özünə çəkən şoppinq
mərkəzlərindəndir [41].
Son araşdırmalara əsasən alış – veriş anlayışı
müasir dövrdə ən əyləncəli
fəaliyyətlərdən biri kimi tanınmaqdadır. Müasir cəmiyyət satın almağı alış veriş halına
gətirməklə bir zövq ünsürünə çevirmişlər. Turitlərin səyahət
etdikləri yerlərdə əşya,
geyim, suvenirlər və s məhsullar almaq istəmələri, alış – verişi gedilən ölkədə turizmin
bir ayrılmazı halına gətirmişlərdir [29,səh.52].
Əyləncə turizmi kimi dünyada tanınan növlərdən biri də qumar turizmidir.
Dünyada önəmli turizm destinasiyası olmaq istəyən və ya daha da turizm gəlirlərini
artırmaq istəyən ölkələr sürətlə kazinolar açmağa başlamışlar. Misal üçün Cənubi Kipr
Türk respublikası kazino turizmindən çoxlu gəlir əldə etməkdədir. Həmçinin,
Viyetnam,
Yaponiya, Macarıstan və Sinqapur kimi ölkələr
bu sahəyə investisiya
etmək hazırlığındadırlar [42].
28
Fəsil 2. Brend ilə bağlı əsas anlayışlar
Müasir dövrdə rəqabətin geniş yayıldığı bir zamanda bazar şəraitində bir –birinə
oxşar məhsulların artımı və bununla əlaqədar olaraq bir çox istehlakçının bu məhsulları
eyni olaraq qəbul etməsi ilə firmalar öz məhsullarını fərqləndirmək axtarışına
başlamışlar.
Bununla əlaqədar olaraq artıq bir çox şirkət və ya firma brend məhsullarını və ya
xidmətlərini daha çox dəyərləndirməyə başlamışlar. Çünki,
güclü bir brend
istehlakçının qərar almasını asandlaşdırmaqla yanaşı, bazarda risk amilini azaldır və
gəlir üçün imkan yaradır. Bu yanaşmanı qəbul edən firmalar brend yaratmaq və onun
rəqabət qabiliyyətini qoruyub saxlamağı idarəetmədə məcburi qayda halına
gətirmişlərdir. Çünki qızğın rəqabət bazarında bir çox brendlər istehlakçılar üçün
məhsul və ya xidmətləri fərqləndirici bir ünsür halına gətirmişlərdir [22,səh 11].
Dostları ilə paylaş: