Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Destinasiyanın həyat dövrü



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   8   9   10   11   12   13   14   15   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

Destinasiyanın həyat dövrü 
Turizm sənayesinə yerli iştiraka əsasən, çəkiliş yerlərinin təbiəti və rənarəngliliyi, 
gecələnəcək yerlərin növ və keyfiyyətləri, əyləncə və qidalanma imkanları və səyahət 
əməkdaşlarının rollarını əhatə edir.
Cədvəl 1.1 
Destinasiyanın həyat dövrü aşağıdakı faktorlara əsaslanır: 

Cəlbedicilik 
Təbii, insan əlindən çıxmış, müvafiq məqsədə 
xidmət üçün hazırlanmış, miras olaraq keçmiş 
sivilizasiyalardan dövrümüzə çatmış əsərlər ilə 
xüsusi hadisələrin toplusudur. 

Əlçatanlıq 
Bütün kütləvi nəqliyyat vasitələrinin, marşrut 
xətlərinin, terminalların və xidmətləri birləşdirən 
nəqliyyat sistemidir 


20 

Mövcud imkanlar 
Yerləşdirmə, qidalanma, satın alma və ya digər 
turist xidmətləridir. 

Uyğun paketlər 
Vasitəçilər və turizm nüfuzları baxımından 
əvvəldən təşkil edilən tur ya da gəzinti 
paketlərinin bütünüdür. 

Hadisə və tədbirlər 
Ziyarətləri əsnasında müştərilərin iştirak edə 
biləcəkləri bütün fəaliyyətləri əhatə edir. 

Köməkçi xidmətlər 
Turistlərin hər an ehtiyaclarının yaranacaqları 
bank, rabitə, poçt, qəzet satıcısı, xəstəxanalar və s. 
xidmətlərin cəmidir. 
 
Destinasiya növləri və xüsusiyyətləri 
Destinasiya olaraq ifadə edilən məkan, bir ölkə ola biləcəyi təqdirdə, bir şəhər, bir 
qəsəbə, bir kənd və s. ola bilər. Həmçinin, destinasiya olaraq adlandırılan turizm 
bölgəsi, müştərilər tərəfindən onların səyahət proqramlarına, mədəni keçmişlərinə
ziyarət məqsədlərinə, təhsil səviyyəsinə və ya keçmiş təcrübələrinə əsaslanan bir 
məvhum olaraq da şərh oluna bilər. Məsələn; London Alman iş adamları üçün bir 
destinasiya mərkəzi kimi hesab olunursa, altı Avropa ölkəsini bir həftə müddətində 
gəzmək həvəsində olan Yapon turistlər üçün də Avropa bir destinasiya olaraq qəbul 
edilir. Başqa sözlə, turistin yaşadığı məkandan ayrılıb istirahət və ya biznes və s. 
məqsəd üçün çatacağı yerlər bütün olaraq “Destinasiya” formasında təyin 
olunmaqdadır [21,səh.25]. 


21 
Turizm destinasiyaları altı qrupda toplana bilər: 
1. Etnik turizm və etnik destinasiya mərkəzləri: Maraqlı etnik qrupların yaşam 
üslubunu və mədəni dəyərlərini izləmək istəyilə insanların etdikləri gəzintiyə etnik 
turizm deyilir. 
2. Mədəni turizm və mədəni turistik destinasiyalar: İnsanların yaddaşlarında qalan 
bölgələri yenidən görmək, yox olmağa üz tutmuş həyatları təkrar izləmək və onlara 
yenidən qatılmaq məqsədiylə edilən səyahatlərə mədəni turizm deyilir. Bu turizm 
növündə insanlar demək olar ki, çöl və ya kənd yerlərində yemək yemək, bölgənin 
geyim festivallarına, folkloruna qoşulmaq və ya köhnə forma əl sənətlərini görmək 
istəyərlər. 
3. Tarixi turizm və tarixi turistik destinasiyalar: tarixi zənginliklə dolu turistik 
yerləri və dəyərləri görmək, keçmişin əhəmiyyətli hadisələrini canlandıran səs və işıq 
nümayişlərinə qatılmaq, rəhbərlərlə kilsə və katedral gəzintiləri etmək və abidələri 
görmək və s. məqsədiylə edilən turizmə tarixi turizm deyilir. Tarixi turizmdə xüsusilə 
təşkilati, kütləvi gəzintiləri edilər və böyük şəhərlərdə asanca gediləcək yerlərdə və ya 
mərkəzlərdə tarixi hadisələrin canlandırılması təşkil edilə bilər. 
4. Ekoloji turizm və ekoloji turistik destinasiyalar: İnsanların təbiətə dönmək, 
insan - torpaq əlaqəsini mənimsəmək və ya bunlara qarşı həssaslıq qazanmaq 
məqsədiylə edilən gəzintilərə ekoloji turizm deyilir. İnsanları uzaq bölgələrə səfər 
etməyə vadar edən bu turizm tipində etnik cazibədarlıqların yerinə, təbii-ekoloji 
cazibədarlıqlar başda gəlir. Ekoloji turizm coğrafi bir xüsusiyyət daşıyır. 
İnsanlar daha çox milli parklar, təbiət möcüzələrini görmək, uzun məsafə qət 
etmək, dağa dırmanmaq, qayıq ilə gəzmək və düşərgə təşkil etmək istəyərlər. 
5. Əyləncə (Əyləncəyə istiqamətli) turizmi və əyləncəli turistik destinasiyalar: 
İnsanların rahat bir mühit şəraitində ictimai əlaqələri inkişaf etdirmək, günəş vannası 


22 
qəbul etmək, müxtəlif idman fəaliyyətlərinə qatılmaq, şəfa duşları etmək, xoş və 
istirahət etdirici bir mühitdə olmaq məqsədiylə etdikləri gəzintiyə əyləncə turizmi 
deyilir. Əyləncə turizminin əsas məqsədi insanlara rahatlıq bəxş etməkdir. 
6. İşgüzar (iş məqsədli) turizm və işgüzar turistik destinasiyalar: Yığıncaq 
məqsədiylə edilən destinasiyalar turizmə işgüzar turizmi deyilir. Konqres, simpozium, 
seminar, konfrans və ya kurslar bu yığıncaqların başında gəlir. İş gəzintiləri 
ümumiyyətlə digər turizm tiplərindən biri və ya bir neçəsi ilə həyata keçirilə bilər. Bir 
turistik bölgədə çoxu dəfə birdən çox turizm imkanı var. Məsələn, əsasən əyləncə 
imkanları təmin edən bir turistik bölgə eyni zamanda işgüzar turizmi üçün də əsas 
destinasiya ola bilər [7,səh.35]. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin