13
1.3.4.Turizm marketinq ünsürü – stimullaşdırma
Turizm marketinqində stimullaşdırma müştəriləri cəlb etmək məqsədilə mövcud və
ya yeni xidmətlər və imkanlar üçün pozitiv imic və ya maraq yaratmaqdan ibarətdir.
Məhsulun bazara çıxarılmasında istifadə olunan reklam turizm xidmətlərində fərqlidir
[12,səh.13].
“7P”-ə daxil edilmiş ünsürlər barəsində məlumat versək;
İnsan amili, turizm marketinqinin ən təməl ünsürlərindən biri də insandır çünkü
turizm ünsürlərini yaradanlar, yəni iş qüvvəsi birbaşa insanların özləridir. Eyni
zamanda yaradılan məhsulları və ya xidmətləri istehlak edən də elə insanların özləridir.
Müştərilər eyni zamanda istehlak müddətinin də bir hissəsidirlər. Qeyd etmək lazımdır
ki, işçilər və müştərilər arasındakı münasibət və ünsiyyətin sağlam qurulması turistlərə
göstərilən xidmət keyfiyyətinə təsir etməkdədir. Digər tərəfdən müəssisədə idarəetmə
qaydalarına
riaət etmə, həmçinin xidmət keyfiyyətinə yaxından təsir edir. Yaradılacaq
müştəri mədəniyyəti öz növbəsində insan münasibətlərindən təsirlənir. İstər turistlər
olsun, istər də daxili müştərini əmələ gətirən işçilər və idarəetmə heyyətinin xidmət
keyfiyyətinin yaradılmasında və qorunub saxlanılmasındakı təsirləri turizm
marketinqində insan amilinin önəmini daha da artırmaqdadır.
Fiziki sübutlara, turizm məhsulunun istehsal olunduğu bütün yerlər və sübutlar
aid edilməkdədir. İstər səyahət argentliklərinin sahib olduqları avadanlıqlar, braşuralar,
kataloqlar, avtobus, qatar, təyyarə bileti, yerləşdirmə müəssisələrində
istifadə edilən
ön büro ləvazimatları, nömrələrdəki lazımi avadanlıqlar, pərdələr, duş kabinalar,
sanitar ləvazimatlar, işçilərin uniformaları, restoranlardakı süfrələr, çəngəl, bıçaq,
nimçələr, hovuz, dəniz sahillərindəki ləvazimatlar və s vasitələr fiziki sübut anlayışına
aiddirlər. Bunlara əlavə olaraq müəssisələrin rahatlığı, atmosferası, səs – küy olmayan
yerləri və mövcud olan digər fiziki sübutlar aid ola bilər.
14
Müddət, turizm məhsulunun istehsalı və müştəriyə təqdimatı əsnasındakı bu amil
mühüm olaraq qiymətləndirilməkdədir.
Buna misal olaraq, bir turizm müəssisəsinə
giriş (check – in), və çıxış (check – out) proseduralarının müştərini gözlətmədən
edilməsi və ya restoranda sifarişi verilən bir yeməyin hazırlanması müddətində
müştərinin sıxılmasının qarşısının alınması üçün (məsələn: aperatiflərin təqdimatı)
tədbirlərin görülməsi aiddir. Digər yandan, müştəriyə
təqdim edilən xidmətlərin
standartlara uyğun istehsalı, işçilərin davranışları, səs tonları da müddət ünsürünə
aiddir. Müddət amilinə aid olan digər amil isə məhsulun hazırlanma və təqdimatı
mərhələlərində birbaşa iştirakıdır. Müştərinin özünə təqdim edilən məhsul ilə bağlı
təcrübəsi , həmçinin zaman ünsürünə təsir etməkdədir [12,səh.24].
Dostları ilə paylaş: