Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Tədqiqatın predmet və obyekti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   2   3   4   5   6   7   8   9   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

Tədqiqatın predmet və obyekti. Tədqiqat obyekti kimi Bakının daxilində 
yerləşən dünya mədəni irs siyahısına daxil edilmiş, şəhər içərisində şəhər adlanan 
“İçərişəhərdir”. Dünyada bu tip tarixi-memarlıq abidələrlə zəngin, şəhər içərisində 
şəhərlər məhdud saydadır və ya demək olar ki, heç yoxdur. Ancaq bir sıra elmi tədqiqat 
işləri və araşdırmalar aparmaqla bu tipli destinasiya mərkəzlərinin varlığından turist 
kütləsini xəbərdar etmək və brend yaratmaq mümkündür. İçərişəhərin özünəməxsus 
quruluşu, dar küçələri, qədim və yaraşıqlı binaları, simvolları onun bir marka 
kimi formalaşmasında əsas məhfumudur. 
Tədqiqatın əsas məqsədi və vəzifələri. Turizm sektorunda güclü bir rəqabət 
şəraitində olan turizm müəssisələri, öz məhsul və xidmətlərinə rəqiblərində olmayan 
xüsusiyyətlər əlavə edərək fərqləndirmək və güclü bir marka halına gətirmək 
məqsədindədirlər. Müəssisələr kimi ölkə və bölgələrdə destinasiyaların sahib olduqları 
xüsusiyyətləri ön plana çıxardaraq, bir marka halına gələrək beləliklə, dünya 
səviyyəsində turizm hərəkətliliyindən və turizm gəlirlərindən daha yüksək pay almaq 
məqsədi içərisindədirlər. 
Tədqiqat predmeti destinasiya brendləşməsi strategiyaları, İçərişəhər destinasiya 
mərkəzi kimi marketinq araşdırılmasının həyata keçirilməsi, İçərişəhər destinasiya 
brendləşməsinin müasir vəziyyətinin qiymətləndirilməsidir. Dissertasiya işinin 
məqsədi İçərişəhər destinasiya mərkəzinin həm yerli, həm də beynəlxalq aləmdə 
turizm brendi kimi formalaşması, gələn turistlərin bu brendə diqqətlərini cəlb edərək 
turist axınının artırılması, onların içərişəhər destinasiya brendinin formalaşmasından 



gözləntiləri və tələblərinin öyrənilməsi habelə orada yerləşən tarixi - memarlıq 
abidələrin tanıdılması, içərişəhərin qədim və müasir simvollarının, rəmzlərinin 
işıqlandırılması baxımından marketinq araşdırmalarının aparılmasını həyata 
keçirməkdir. Dissertasiya işimin məqsədi İçərişəhəri dünya turist brenləri siyahısına 
əlavə etməkdir. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin